Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1619797
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 1151 nəfər yoluxub, 1052 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 287 min 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 251 min 760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 440 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 26 min 132 test aparılıb. Bugünkü test sayı isə 17.687-dir.   



Әlaqәli Xәbәrlәr