“Gəlin, birlikdə bu yeni dövrün fürsətlərindən faydalanaq”, F.Altun

Aprelin 10-da Azərbaycanın paytaxtı Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib

1618702
“Gəlin, birlikdə bu yeni dövrün fürsətlərindən faydalanaq”, F.Altun
Bakı_Türk Şurası_informasiya və media_3 toplantısı_02.jpg
Bakı_Türk Şurası_informasiya və media_3 toplantısı_03.jpg
Bakı_Türk Şurası_informasiya və media_3 toplantısı_04.jpg

 

  Aprelin 10-da Azərbaycanın paytaxtı Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib.

  Tədbirdə Azərbaycan respublikası prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri Fəxrəddin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev və digər rəsmi şəxslər iştirak ediblər.

  Toplantıda çıxış edən Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Fəxrəddin Altun FETÖ-nün türk dünyasının bir çox yerinə yayıldığını xatırladaraq deyib: “Yeni növ təhdidləri güc birliyi ilə dəf etmək çox mühümdür. Bir-birimizi qorumalıyıq. Bu, bir qardaşlıq vəzifəsidir.

  Türklüyün bu gün qarşı-qarşıya qaldığı böyük təhdidlərin biri qısa adı FETÖ olan Fətullahçı Terror Təşkilatıdır. Bu təşkilat təxminən 40 il boyu dövlətimizə bir xərçəng kimi daraşdı, ən strateji qurumlarımızın kapilyar damarlarına qədər girdi.

  Bizim vətəndaşlarımızın yaşadıqları çətinlikləri heç bir soydaşımıza arzu etmirik. Bu səbəbdən təşkilatın dezenformasiya kampaniyaları və üzvlərinin ölkəyə “xarici xidmət” adı ilə sızma cəhdlərinə qarşı ayıq-sayıq olmaq lazımdır. Bu qədər açıq və dəqiq söyləyirik.

  Əməkdaşlıqla vətəndaşlarımızın dövlətlərimizə qarşı əks-hərəkətlərə qarşı müqavimətini artırmalıyıq.

  Türkiyə cümhuriyyəti informasiya sahəsində bütün türk dövlətləriylə əməkdaşlıq etməyə hər zaman hazırdır. Gəlin, birlikdə, bu yeni dövrün fürsətlərindən faydalanaq, media və informasiya sahəsində güclərimizi birləşdirərək qarşı-qarşıya olduğumuz təhdidlərlə mübarizə aparaq.

  Türkiyə və Azərbaycanın İkinci Qarabağ Müharibəsində ortaya qoyduğu həmrəylik və əməkdaşlıq haqlı devizlərimizin bütün dünyaya çatdırılmasını təmin etdi və əl-ələ verdiyimiz zaman keçə bilmədiyimiz əngəl olmadığını göstərdi."

  Tədbirdə çıxış edən Azərbaycan Respublikası prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə öz çıxışında bu sözləri söyləyib: “44 günlük Zəfər Savaşında Türk Şurası Azərbaycana öz dəstəyini açıq şəkildə göstərdi. İnformasiya və kommunikasiya sahəsində də Azərbaycan ilə Türk Şurası arasında sıx münasibətlər var. Media sahəsində əməkdaşlığın inkişafı üçün əsaslar müəyyən olunub. Türk Şurası çərçivəsində enerji, nəqliyyat və digər sahələrdə işçi qruplar yaradılıb. Buna görə də hər bir sahənin informasiya təminatı olmalıdır. Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdırmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu.”



Әlaqәli Xәbәrlәr