Türkiyə və Azərbaycan ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Aprelin 8-də Azərbaycanda Türkiyə və Azərbaycan ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

1617404
Türkiyə və Azərbaycan ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Aprelin 8-də Azərbaycanda Türkiyə və Azərbaycan ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr