Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1615149
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 1099 nəfər yoluxub, 647 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 271 min 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 242 min 293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 830 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 935 min 718 test aparılıb. Bugünkü test sayı isə 6763-dür.  



Әlaqәli Xәbәrlәr