Qazaxıstan və Türkiyə media qurumları yaxınlaşır

Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Aida Balayeva 5-6 aprel tarixlərində paytaxt Ankaraya edəcəyi səfərlə bağlı məlumat paylaşaraq bildirib...

1614461
Qazaxıstan və Türkiyə media qurumları yaxınlaşır

 

  Qazaxıstan mediası Türkiyənin zəngin təcrübəsindən faydalanmaq istəyir.

  Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Aida Balayeva 5-6 aprel tarixlərində paytaxt Ankaraya edəcəyi səfərlə bağlı məlumat paylaşaraq bildirib: “Türkiyə səfəri zamanı Prezident Aparatının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altunla bir araya gələcəyik. Görüşdə informasiya, din, ailə və gənclik siyasəti, vətəndaş cəmiyyəti sahələri ilə bağlı işbirliyi müzakirələri aparacağıq. Xüsusilə, media mövzusunda Türkiyənin zəngin təcrübəsindən faydalanmaq istəyirik. Türkiyəli həmkarlarımızla bu sahədə də ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə ortaq media layihələrinə imza atacağıq. İlk olaraq Türkiyə Radio Televiziya Təşkilatı - TRT ilə birgə layihələr həyata keçirmək niyyətindəyik.  

  Media sahəsində qarlılıqlı əlaqələr qardaş xalqlar arasındakı münasibətlər üçün əhəmiyyətlidir.

  Türk dövlətlərinin media qurumları arasında qarşılıqlı dillərdə yayımların təşkil edilməsi də çox mühümdür”.  



Әlaqәli Xәbәrlәr