Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1614447
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 2021 nəfər yoluxub, 776 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 270 min 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 241 min 646 nəfər müalicə olunaraq sağalıb, 3677 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 412 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 928 min 955 test aparılıb. Bugünkü test sayı isə 12.210-dur.  



Әlaqәli Xәbәrlәr