Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1613764
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 2361 nəfər yoluxub, 822 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 266 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 239 min 801 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib. Aktiv xəstə sayı 22 min 898 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 901 min 160 test aparılıb. Bugünkü test sayı isə 13127-dir.



Әlaqәli Xәbәrlәr