3-4 aprel işğal günlərin tarixə qarışdı, Kəlbəcər!

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev no­yabrın 25-də xalqa müraciətində Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi

1613808
3-4 aprel işğal günlərin tarixə qarışdı, Kəlbəcər!

 

  Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev no­yabrın 25-də xalqa müraciətində Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.

  Azərbaycan Vətən Müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı və 25-ində Kəlbəcər rayonunu siyasi yolla nəzarətinə aldı.

  Kəlbəcər müzəffər ali baş komandanın İkinci Qarabağ Müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı kimi bir güllə atılmadan azad olundu və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi.

  Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

  Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

  XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir.

  Xatırladaq ki, paytaxt Bakıdan 458 km. aralı, Tərtər çayı dərəsində yerləşən Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi.

  Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Günahsız azərbaycanlılar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdu. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdu.

  Kəlbəcərlilər Azərbaycan respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır.

  Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 hektar meşə sahəsi ermənilər çıxarılanadək onlar tərəfindən talan edilib.

 Tarixə nəzər

  Kəlbəcər rayonunun ərazisi 1936 kv.km, əhalisinin sayı işğala kimi 53.962 nəfər idi. Rayonun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır.

  1990-ci illərdən başlayan elan olunmamış müharibədə Kəlbəcər əhalisi qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. Lakin 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilməyib, işğal olundu. Düşmən Təkəqaya, Zağalar, Çıraq kəndlərinə də soxulub evləri və dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyini ələ keçirdilər. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlinə keçdi. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə insan şikəst oldu.

  İşğaldan sonra Kəlbəcər şəhərindəki məscid Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 kv.metr sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

  Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 3205 saylı iclasda 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin bu qətnamədən irəli gələn tələblər yerinə yetirilmədi.



Әlaqәli Xәbәrlәr