Türkiyə və Azərbaycan  vətəndaşları  arasında şəxsiyyət vəsiqəsi ilə səyahət dövrü başladı

Xarici işlər naziri Mövlud Çavuşoğlu  Twitter hesabından  “Tək Millət İki Dövlət”  başlığı ilə bu barədə məlumat paylaşıb.

1612757
Türkiyə və Azərbaycan  vətəndaşları  arasında şəxsiyyət vəsiqəsi ilə səyahət dövrü başladı

Nazir: “Bu gündən etibarən Can Azərbaycanla səyahətlər yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün maneələr aradan qaldırılır, qardaşlığımız güclənir. Vətəndaşlarımıza və azərbaycanlı qardaşlarımıza uğurlar!”.

Bu gündən etibarən qüvvəyə minən iki  ölkə  arasında   imzalanmış  protokola  görə  Türkiyə  Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Türkiyə Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Azərbaycan  Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar. Etibarlı sərhədkeçmə sənədlərinə malik olan Türkiyə  vətəndaşları  Azərbaycan ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Azərbaycan vətəndaşlarının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də digər sərhədkeçmə sənədləri Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları isә yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.

 

 



Әlaqәli Xәbәrlәr