"Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanması təklif edildi

Qazaxıstanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi sammiti keçirildi

1612425
"Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanması təklif edildi
Nazarbayev (sağda).jpg

 

  Qazaxıstanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi sammiti keçirildi (31 mart 2021). Onlayn zirvə toplantısına Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan prezidentləri, Macarıstanın baş naziri, Türk Şurasının baş katibi və Türk Şurasının fəxri sədri, Qazaxıstanın birinci prezidenti qatılmışdı.

  Qazaxıstan pespublikasının prezidenti Kasım-Jomart Tokayev onlayn zirvə görüşünü açaraq iştirakçıları salamladı, təşkilatın əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu dedi. Qazaxıstan dövlətinin başçısı Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğunu bildirdi.

  Sonra Qazaxıstanın qədim Türküstan şəhərinin tarixindən, mədəniyyətindən bəhs edən qısa film nümayiş etdirildi.

  Qazaxıstanın birinci prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Azərbaycan prezidentini Qələbə münasibətilə təbrik edərək dedi: “Bu gün mən həm də Azərbaycan respublikasının prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır”.

  Nursultan Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. N.Nazarbayev budəfəki zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişiklikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif etdi. O, Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi.

  Qazaxıstanın ilk prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq dedi: “Biz hamımız bu prosesləri həyacanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və İrəvan arasında imzalanmış sülh  müqaviləsi böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər - bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.



Әlaqәli Xәbәrlәr