Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 mart)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1609971
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 mart)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 1831 nəfər yoluxub, 545 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 256 min 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 236 min 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 559 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 837 min 44 test aparılıb. Bugünkü test sayı isə 10.590-dır.      



Әlaqәli Xәbәrlәr