Qazaxıstanda qeyri-sabit hava şəraiti davam edir

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sutka ərzində qar yağışı səbəbi ilə fərqli ərazilərdə qapalı qalan 111-i uşaq olmaqla 724 vətəndaşın evakuasiya edildiyini bildirib.

1607549
Qazaxıstanda qeyri-sabit hava şəraiti davam edir

Paytaxt Nur-Sultanda sutka ərzində 74 yol qəzası baş verib. Qəzalarda insan tələfatı olmayıb. Nursultan Nazarbayev hava limanında bəzi uçuşlar ləğv edilib. Nur-Sultan, Akmola və Qaraqanda bölgələrində evakuasiya işləri aramsız davam edir. Şaxta səbəbindən Şərqi Qazaxıstan, Karaqandı və Pavlodar bölgələrində nəqliyyat vasitəsi üçün məhdudiyyət tətbiq edilir. Ölkənin 13 bölgəsində fırtına xəbərdarlığı edilib.



Әlaqәli Xәbәrlәr