Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 mart)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1607034
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 mart)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 1333 nəfər yoluxub, 269 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 248 min 307 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 233 min 356 nəfər müalicə olunaraq sağalıb, 3384 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 567 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 790 min 980 test aparılıb. Bugünkü test sayı isə 8.517-dir.     



Әlaqәli Xәbәrlәr