Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 mart)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1596612
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 mart)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 403 nəfər yoluxub, 127 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 236 min 768 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 229 min 718 nəfər müalicə olunaraq sağalıb, 3241 nəfər vəfat edib. Aktiv xəstə sayı 3809 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 653 min 375 test aparılıb. Bugünkü test sayı isə 8169-dır.



Әlaqәli Xәbәrlәr