Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

1595319
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Azərbaycan dövlət başçısı bu xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev baş vermiş bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da Türkiyədə helikopter nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.

Bu barədə Parlamentin sədri "Twitter" səhifəsində bildirib.

"Qardaş Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində 9 övladımız şəhid olub. Bu faciədən dolayı dərin üzüntü keçirdiyimizi ifadə edir, qardaş Türk xalqına, şəhidlərimizin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə S.Qafarova qeyd edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Türkiyədə 9 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı başsağlığı verib.

Bununla bağlı nazir özünün "Twitter" səhifəsində yazıb:

"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 9 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

Başın sağ olsun, qardaş Türkiyə!"



Әlaqәli Xәbәrlәr