Azərbaycanlı 10 qazi müalicə məqsədilə Türkiyəyə göndərilib

Azərbaycanda həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

1592752
Azərbaycanlı 10 qazi müalicə məqsədilə Türkiyəyə göndərilib
Gazi_Azerbaycan-1.jpg
Gazi-Azerbaycan-2.jpg

Ağır yaralanan qazilərdən 10-u “YAŞAT” Fondu tərəfindən Türkiyəyə yola salınıb.

Azərbaycanda həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. 

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Fond tərəfindən bu günə qədər 23 qazi müalicə üçün Türkiyəyə yola salınıb.



Әlaqәli Xәbәrlәr