Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 fevral)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1592221
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 fevral)

 

  Azərbaycan respublikasında korona virusu infeksiyasından 117 nəfər müalicə olunaraq sağalıb, 270 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 234 min 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 228 min 768 nəfər müalicə olunaraq sağalıb, 3220 nəfər vəfat edib. Aktiv xəstə sayı 2549 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 598 min 679 test aparılıb. Bugünkü test sayı isə 7444-dür.



Әlaqәli Xәbәrlәr