"Xocalıda yaşanan insanlıq zülmünü unutmayacağıq", T.Geylan

Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının baş direktoru Talip Geylan 29 il əvvəl fevralın 25-dən 26-a keçən gecə Azərbaycan xalqının tarixində böyük bir faciə yaşandığını xatırladaraq deyib...

1591213
"Xocalıda yaşanan insanlıq zülmünü unutmayacağıq", T.Geylan

 

  Türkiyənin nüfuzlu qurumlarından olan Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının yerli şöbələrində hər il ənənəvi olaraq Xocalı soyqırımı anılır, faciə ilə əlaqədar bəyanatlar verilir.

  Qurumun baş direktoru Talip Geylan 29 il əvvəl fevralın 25-dən 26-a keçən gecə Azərbaycan xalqının tarixində böyük bir faciə yaşandığını xatırladaraq deyib: “Türk millətinə və sevilən əcdadlarımıza hər fürsətdə soyqırım yalanlarıyla hücum edən ermənilər bütün beynəlxalq hüquqi qaydaları pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində insanlıq tarixinə qara ləkə olan soyqırım törətdilər.

  Türk dünyasının harasında bir məsələ varsa, onu öz işimiz, öz problemimiz olaraq görürük. Soydaşlarımızın sevinci sevincimiz, ağrısı ağrımız, dərdi dərdimizdir. Xocalı soyqırımı da bizim ortaq dərdimizdir. Çünki Xocalıda törədilən qırğın Qarabağda Azərbaycan türklərini yox etməyə yönəldilmiş bir siyasət idi.

  Ermənistanın Qarabağdakı günahsız insanlara qarşı törətdiyi qırğınlar, zülm, o cümlədən uşaq, yaşlı, qadın demədən törətdikləri soyqırım milli yaddaşımızdan silinməyəcək, qəzəbimiz və nifrətimiz azalmayacaq.

  Türk Eğitim-Sen olaraq Xocalı soyqırımının 29-cu ildönümündə, dünyanın harasında olursa olsun, türk və müsəlman olduğu üçün ağır bədəllər ödəməyə məruz qalan, öz yurdunda zülm və işgəncəyə uğrayan bütün soydaşlarımızın yanlarında olduğumuzu bir daha bəyan edirik.  

  Azərbaycan Türklüyünün əzəmətli Qarabağ qələbəsi zülm və təzyiq altında olan bütün türk torpaqlarında azadlığı qoruma nişanəsidir.

  Türkün şanlı bayrağının Qarabağda dalğalanması uğrunda mübarizə aparanları, yolumuzu və gələcəyimizi aydınladanları minnətlə yad edidirk.

  İnanırıq ki, acımızın, kədərimizin, sevincimizin bir olduğu Türkiyə-Azərbaycan qardaşlığı “Tək millət, iki dövlət” anlayışıyla əbədiyyətə qədər davam edəcək”. 



Әlaqәli Xәbәrlәr