"Türklərin soyqırım törətməsi ilə bağlı heç bir fakt yoxdur", H.Kılıç

Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç Qarabağın düşməndən azad edilməsindən sonra Xocalı soyqırımının ildönümünü qeyd etməyin xüsusi mənası olduğunu qeyd edib...

1590659
"Türklərin soyqırım törətməsi ilə bağlı heç bir fakt yoxdur", H.Kılıç

 

  Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç Qarabağın düşməndən azad edilməsindən sonra Xocalı soyqırımının ildönümünü qeyd etməyin xüsusi mənası olduğunu qeyd edib: “29 il bundan öncə türk dünyası həqiqətən qara bir gecə yaşadı.

  Xocalı soyqırımı ötən əsrdə insanlıq əleyhinə törədilən ən ağır bəşəri cinayətlərdən biridir. Fevralın 25-dən 26-a keçən gecə günahsız adamlar uşaq, yaşlı, qadın demədən qətlə yetirildi.

  Xocalı qətliamı bizim ortaq ağrımızdır. Azərbaycanın kədəri Türkiyənin kədəridir.

  Türk dünyası Azərbaycanın yanındadır və onun haqlı mübarizəsini dəstəkləyir.

  Azərbaycan bir rifah ölkəsidir.

  Biz heç kəsə qarşı soyqırım törətmədik. Türklərin soyqırım törətməsi ilə bağlı heç bir fakt yoxdur.

  Dünyada bir daha Xocalı soyqırımı kimi ağır cinayətlərin törədilməsini istəmirik”.

  Diplomat Hulusi Kılıç söhbət əsnasında belə bir təklif də irəli sürdü: “Türkiyənin bütün vilayətlərində, o cümlədən böyük şəhərlərdə və ən ucqar qəsəbələrdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir. Çünki Xocalı soyqırımına aid istənilən ədalətli tədbir bu faciənin soyqırımı aktı kimi tanınmasına dəstəkdir. Xocalıya ədalət istəyirik”.

  Diplomat söhbətin sonunda şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyərək bir daha belə faciələrin təkrarlanmasını arzuladı.



Әlaqәli Xәbәrlәr