Türksoylu enerji nazirləri ilk dəfə bir araya gəlir

Türkdili Ölkələrin Əməkdaşlıq Şurasından verilən məlumata görə...

1589052
Türksoylu enerji nazirləri ilk dəfə bir araya gəlir

 

  Türkdili Ölkələrin Əməkdaşlıq Şurası üzv dövlətlərin energetika nazirləri enerji sahəsində əməkdaşlıqla bağlı 24 fevralda bu il ilk dəfə onlayn formatda bir araya gələcəklər.

  Şuradan verilən yazılı məlumata görə, bununla Türk Şurası ölkələri iqtisadiyyat, ticarət, səhiyyə, təhsil və turizm sahələrinə enerji əməkdaşlığı mövzusunu da əlavə etmiş olurlar. Bu çərçivədə Türk Şurası enerji nazirləri fevralın 24-də 2021-ci ilin ilk görüşünü edəcəklər.

  Türk Şurasının dövri sədri - Azərbaycanın enerji naziri Pərviz Şahbazov və şuranın baş katibi Bağdad Amreyevin açılış çıxışlarını edəcəkləri yığıncaqda üzv ölkələrin enerji sahəsində ata biləcəkləri ortaq addımlar müzakirə ediləcək.

  Toplantıda həmçinin enerjidə əməkdaşlığın inkişafı, növlərə ayrılması və bölgəiçi enerji əlaqələrinin yaxşılaşdırılmasındakı fürsətlər haqqında fikir mübadiləsi olacaq.

  Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz, Qazaxıstanın enerji naziri Nurlan Noqayev, Qırğızıstanın enerji və sənaye naziri Kubanıçbek Turdubayev, Özbəkistanın enerji naziri Əlişir Sultanov və Macarıstanın İnovasiya və Texnologiya Nazirliyinin enerji siyasəti üzrə məsul dövlət naziri Atilla Steiner də yığıncaqda iştirak və çıxış edəcəklər.



Әlaqәli Xәbәrlәr