Çavuşoğlu: "Türkmən neftinin və qazının nəqli üçün öhdəmizə düşəni yerinə yetirməyə hazırıq"

Mövlud Çavuşoğlu "Ölkəm türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır" deyib.

1589255
Çavuşoğlu: "Türkmən neftinin və qazının nəqli üçün öhdəmizə düşəni yerinə yetirməyə hazırıq"

"Ölkəm türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır".

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Xarici İşlər naziri Raşid Meredov ilə təkbətək və heyətlər arasında keçirilən yığıncaqdan sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Çavuşoğlu iki ölkənin nümayəndə heyətləri və təkbətək görüşlərdə hansı sahələrdə hansı addımları atacaqlarını müzakirə etdiklərini və bu çərçivədə hazırlanacaq yol xəritəsinin nəzərdən keçirildiyini vurğulayıb.

Türkiyə şirkətlərinin bölgədə əməkdaşlığa hazır olduqlarına diqqət çəkən Çavuşoğlu "Türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində ölkəm maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır" deyib.

Meredov da görüşdə ikitərəfli ticarət və iqtisadi əlaqələrin də qiymətləndirildiyini qeyd edib: "Enerji, nəqliyyat, yüksək texnologiyalar və digər mövzularda birlikdə layihələr həyata keçirə bilərik. Biz öz tərəfimizdə planları, proqramları təşkil edib türk dostlarımıza təklif edəcəyik" deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr