Qırğızıstanda yeni seçilmiş Prezidentin andiçmə mərasimi keçirilib

Yanvarın 28-də Qırğız Respublikasının yeni seçilən prezidenti Sadır Japarov and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

1572847
Qırğızıstanda yeni seçilmiş Prezidentin andiçmə mərasimi keçirilib

Yanvarın 28-də Qırğız Respublikasının yeni seçilən prezidenti Sadır Japarov and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Mərasimdə ölkə parlamenti-Joqorku Keneşin deputatları, hökumətin üzvləri, sabiq prezidentlər, keçmiş parlament sədrləri və baş nazirlər, Qırğızıstandakı dini konfessiyaların rəhbərləri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli, xarici jurnalistlər iştirak ediblər. Ümumiyyətlə mərasimə 1000-dən çox qonaq qatılıb.

Mərasimə 5-15 oktyabr tarixlərində keçirilmiş küçə etiraz aksiyalarından sonra prezidentlikdən istefa edən Sooronbay Ceenbekov da qatılıb.

Sadır Japarov Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekovandan dövlətin rəmzləri olan döş nişanı və prezident ştandartını alıb.

Qırğız bayrağını təhvil alan Japarov sağ əlini konstitusiyaya qoyaraq and içib.

Japarov milli himnin səsləndirilməsindən sonra etdiyi çıxışda 

"Xüsusilə iki min ildən çox tarixi olan xalqım qarşısında böyük məsuliyyət hiss edirəm" deyib.

Xalqın 5 oktyabrda qiyam qaldırdığını və parlament seçkilərinin nəticələrinin ləğv edilməsini və prezident və hökumətin istefasını təmin etdiyini xatırladaraq, "Xaos və qanunsuzluğun astanasında olan ölkədə milli birliyi və barışı qorumaq üçün xalqımızla birlikdə məsuliyyəti öz üzərimizə götürdük və ölkədəki vəziyyəti sabitləşdirməyi bacardıq" deyə bildirib.

Japarov  ölkənin çətin günlərində verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib və qonşu Özbəkistan və Qazaxıstanla ortaq bir taleyi paylaşdıqlarını söyləyib.

Japarov strateji tərəfdaşı olan Türkiyə ilə iş birliyini gücləndirmək üçün iqtisadi və mədəniyyət əlaqələrini inkişaf etdirmək istədiklərini dilə gətirib.

Çox istiqamətli xarici siyasət yürütməyi üstün tutacaqlarını vurğulayan Japarov Orta Asiya ölkələri, xüsusən Çin, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri ilə əməkdaşlıq üçün səylərin göstəriləcəyini vurğulayıb.
Xatırladaq ki, Qırğızıstanda prezident seçkiləri yanvarın 10-da keçirilib və Sadır Japarov seçicilərin 79,2 faizinin səsini qazanıb.



Әlaqәli Xәbәrlәr