Ersin Tatar beynəlxalq ictimaiyyəti Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətini tanımağa çağırıb

Şimali Kıbrıs (Kipr) TürkCümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar Kıbrısda daimi və davam edə biləcək sülh üçün ŞKTC tanınmasının vacibliyini dilə gətirib.

1571763
Ersin Tatar beynəlxalq ictimaiyyəti Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətini tanımağa çağırıb

Şimali Kıbrıs (Kipr) TürkCümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar Kıbrısda daimi və davam edə biləcək sülh üçün ŞKTC tanınmasının vacibliyini dilə gətirib. 

İngiltərə Kıbrıs Türk Dərnəkləri Şurası (CTCA) İngiltərə Kıbrıslı Türklər Dərnəyi (BTCA) və beyin mərkəzi "Circle Foundation" fondu tərəfindən "Kıbrısın gələcəyi" mövzusunda onlayn yığıncaq təşkil keçirilib.

İngiltərənin sabiq qeyri-hökumət naziri Brooks Nevmarkın nəzarətində baş tutan yığıncaqda Erin Tatar video mesaj metodu ilə iştirak edib. 

Tatar Kıbrıslı Türklərin uzun müddətdir öz dövlət işlərini idarə etdiklərini bildirərək deyib ki, bu səbəbdən beynəlxalq ictimaiyyətə öz dövlətimizin tanınmasına layiq olduğumuzu söyləyirik. Hazırda Kıbrıslı Türklərin yeni seçilmiş prezidenti olaraq siyasətim adada iki bərabər suveren dövlətə sahib olmaqdır.

Ersin Tatar Kıbrıslı Türklərin hər mövzudakı xoş niyyətlərinə baxmayaraq, həll yolundakı bütün səylərin Rumların mövqeyi sayəsində uğursuz olduğunu qeyd edərək, "Bu səbəbdən bizim yeni siyasətimizdir budur və bu siyasəti yüz faiz rəsmi Ankara ahəngli şəkildə davam etdiririk. Aparılacaq yeni danışıqların bərabər suverenliyə əsaslanmasını istəyirik" ifadələrindən istifadə edib.

ŞKTC Prezidenti Tatar məsələyə daimi həll tapılması, bunun "Kıbrıs Cümhuriyyəti" əsasında olmamasının vacibliyini dilə gətirib.

Tatar deyib ki, biri şimalda, digəri cənubda olmaqla iki yeni dövlət qurulmalıdır və hər iki dölət bir-birini rəmiyyətdə tanımalıdır. bu, qəbul olunacağı təqdirdə daimi və davam etdirilə biləcək həll yolu mümkün olar. Suverenliyimizi, bərabərliyimizi istəyirik. Adadakı iki xalqdan biriyik və Kıbrıslı Rumlar qədər qəbul olunmağa layiq olduğumu düşünürük və beynəlxalq aləmdə hər fürsətdə bunu dilə gətiririk. Ancaq bu əsasda ədalətli bir həll yolu bütün Şərqi Aralıq dənizində sülh və təhlükəsizliyi təmin edəcəkdir.



Әlaqәli Xәbәrlәr