Qazaxıstan və Özbəkistan arasında sürətli qatar xətti çəkilir

Qazaxıstanın Baş naziri Askar Mamin, Türkistan şəhəri ilə Özbəkistanın paytaxtı Daşkənd arasında sürətli dəmir yolu xəttinin çəkiləcəyini bildirib.

1571264
Qazaxıstan və Özbəkistan arasında sürətli qatar xətti çəkilir

Baş nazir Askar Mamin Prezident Kasım Cömərt Tokayevin başçılığında keçirilən Nazirlər Şurası iclasında etdiyi çıxışında cari ildə turizm sektorunda 2,6 milyard dollarlıq investisiya layihələrinin həyata keçirilməsi üçün işlərin başlanacağını qeyd edib. Ölkədəki turizm infrastrukturunun gücləndirilməsi üçün lazımlı addımların atılacağını ifadə edən Mamin, Qazaxıstandan Özbəkistana sürətli qatar xəttinin çəkiləcəyini vurğulayıb. Sözügedən sürətli qatar xəttinin Türküstan və Daşkəndi birləşdirən marşrut üzərində çəkilməsinin planlaşdırıldığını deyən Mamin, turist sayını artırmaq məqsədiylə  Türkistan-Çimkent-Daşkənd marşrutu üzrə sürətli qatar xəttinin çəkilməsinə start veriləcəyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr