Qırğızıstanda hökumət istefaya göndərilib

Qırğızıstanda növbədənkənar prezident seçkilərində dövlət başçısı seçilən Sadır Japarov Baş nazir vəzifəsindən istefa verib, hökumət isə istefaya göndərilib.

1568429
Qırğızıstanda hökumət istefaya göndərilib

Qırğızıstanda növbədənkənar prezident seçkilərində dövlət başçısı seçilən Sadır Japarov Baş nazir vəzifəsindən istefa verib, hökumət isə istefaya göndərilib.

Bəyanatda yeni hökumət qurulana qədər baş nazir vəzifəsini icra edən Baş nazirin birinci müavini Artem Novikovun rəhbərlik etdiyi müvəqqəti hökumətin işinə davam edəcəyi bildirilib.

Bəyanatda yeni hökumət qurulana qədər baş nazir vəzifəsini icra edən Baş nazirin birinci müavini Artem Novikovun rəhbərlik etdiyi müvəqqəti hökumətin işinə davam edəcəyi bildirilib.

Digər tərəfdən, Qırğızıstanın müstəqillik tarixində 6-cı prezident seçilən Caparovun andiçmə mərasiminin 28 yanvarda paytaxt Bişkekdəki Böyük Konsert salonunda baş tutacağı vurğulanıb.

4 oktyabrda keçirilən parlament seçkilərinin ləğv edilməsini tələb edən müxalifət tərəfdarlarının təşkil etdikləri etiraz aksiyalarının 5 oktyabrda şiddətli hadisələrə çevrilməsindən sonra prezident və parlament işğal edilmişdi.

Prezident iqamətgahına bir araya gələn parlament üzvləri 10 oktyabr hadisələri zamanı tərəfdarları tərəfindən həbsdən çıxarılan və "müvəqqəti baş nazir" elan edilən keçmiş Ata Yurt Partiyası millət vəkili Caparovun baş nazirliyi və kabinetini 10 noyabrda təsdiqləmişdi.

Ölkəni 3 ildir idarə edən prezident Sooronbay Ceenbekov istefa etdikdən sonra Caparov prezidentliyə namizəd oldu və baş nazir vəzifəsindən istefa etdi.

Caparov 10 yanvarda keçirilən erkən prezident seçkilərində 79,20 səs toplayaraq prezident seçildi.

 



Әlaqәli Xәbәrlәr