Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 yanvar)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.
1568533
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 228 min 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 218 min 387 nəfər müalicə olunaraq sağalıb, 3 min 53 nəfər vəfat edib, aktiv xəstə sayı 6 min 806 olub.
Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 309, bu günə qədər isə ümumilikdə 2 milyon 341 min 807 test icra olunub.