Azərbaycan və Türkmənistan arasında neft yatağının birgə işlənilməsilə bağlı memorandum imzalanıb

Azərbaycan və Türkmənistan Xəzərdə “Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı Memorandum imzalayıb.

1568496
Azərbaycan və Türkmənistan arasında neft yatağının birgə işlənilməsilə bağlı memorandum imzalanıb

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Bununla bağlı sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Anlaşma Memorandumunun imzalanması ilə bağlı keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov videokonfrans formatında iştirak ediblər.

Azərbaycan tərəfində “Kəpəz”, Türkmənistan tərəfdə “Sərdar” adlandırılan yatağın hansı ölkəyə məxsus olduğu və necə işlədiləcəyi mövzusu illərdir iki ölkə arasında diplotamik problemlərə səbəb olurdu. 

Xəzər dənizində Azərbaycan və Türkmənistana məxsus sahələrin düz ortasında yer alan yatağın təqribən 60 milyon ton neft resursa sahib olduğu nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr