Qazaxıstanda yeni hökumət formalaşdırıldı

Qazaxıstanda 10 yanvarda parlamentə keçirilən seçkilərindən sonra yeni hökumət Askar Mamin başçılığında formalaşdırıldı.

1566334
Qazaxıstanda yeni hökumət formalaşdırıldı

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevin yeni hökumətin qurulmasına dair imzaladığı fərmana görə 10 yanvarda parlamentə keçirilən seçkilərindən sonra formalaşdırılan yeni hökumətə Əsgər Mamin başçılıq edəcək. Əlixan Smailov, Roman Sklyar və Yeralı Tuğcanov isə Baş nazir müavini təyin edilərkən, Muxtar Tileuberdiyə Baş nazir müavini və Xarici işlər naziri vəzifələri tapşırılıb.

Yeni hökumətdə yerini qoruyan 16 nazir bunlardır: “Xarici İşlər Naziri Muxtar Tileuberdi, Daxili İşlər Naziri Yerlan Turgumbayev, Müdafiə Naziri Nurlan Yermekbayev, Enerji Naziri Nurlan Nogayev, İnformasiya və Sosial İnkişaf Naziri Aida Balayeva, Kənd Təsərrüfatı Naziri Saparxan Omarov, Ədliyyə Naziri Marat Beketayev, Təhsil və Elm Naziri Aşat Aymagambetov, Səhiyyə Naziri Aleksey Tsoy. Sənaye və İnfrastruktur İnkişaf Naziri Beibit Atamkulov, Maliyyə Naziri Yerulan Camaubayev, Mədəniyyət və İdman Naziri Aktotu Raiımkulova, Ticarət və İnteqrasiya Naziri Bakıt Sultanov, Rəqəmsal İnkişaf, İnnovasiya və Kosmik Sənayesi naziri Bağdat Musin, Ətraf Mühit və Təbii Sərvətlər Naziri Məğzum Mirzəliyev, Fövqəladə Hallar Naziri Yuriy İlyin.

Qeyd edək ki, Qazaxıstan hökuməti seçkilərdən sonra yeni hökumətin formalaşdırılması üçün 15 yanvarda istefa vermişdi.



Әlaqәli Xәbәrlәr