Ersin Tatar Cozef Borrell ilə telefonla danışıb

Prezident Ersin Tatar Cozef Borrell ilə telefonla danışıb.

1566556
Ersin Tatar Cozef Borrell ilə telefonla danışıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Cozef Borrell ilə telefonla danışıb.

Prezident Aparatının məlumatına görə, prezident Tatar BMT-inin rəhbərliyi altında yaxın zamanda keçirilməsi planlaşdırılan Kıbrısla əlaqədar 5+1 qeyri-rəsmi konfransı ərəfəsində bəyanat verib.  

Tatar Kıbrısda iki tərəfin suveren bərabərliyi və bərabər beynəlxalq statusuna hörmət göstərildiyi təqdirdə davamlı və ədalətli bir razılaşma təmin ediləcəyini və bu əsasda iki dövlət arasında iş birliyinin qurulacağını vurğulayıb.

Digər tərəfdən, Tatar Aİ-nin ŞKTC-yə göndərdiyi yeni növ koronavirus (Covid-19) peyvəndlərinin 1080-nin bu gün təhvil alındığını ifadə edərək təşəkkür edib.

ŞKTC-ye ayrılan peyvəndlərin göndərilməyə davam edəcəyini və bununla bağlı proqramın Kıbrıs Türk tərəfi ilə paylaşmaq üçün lazımi təlimatları verəcəyini ifadə edən Borrell də adaya növbəti səfəri zamanı prezident Tatar ilə görüşməkdən məmnun olacağını dilə gətirib.



Әlaqәli Xәbәrlәr