Qazaxıstanda keçirilәn parlament seçkilәrinin rәsmi olmayan nәticәlәri açıqlandı

Demokratiya İnstitutunun yaydığı sorğu nәticәlәrinә  әsasәn, ‘‘Nur Otan’’ Partiyası sәslәrin әksәriyyәtini toplayaraq qәlәbә qazanıb.

1560894
Qazaxıstanda keçirilәn parlament seçkilәrinin rәsmi olmayan nәticәlәri açıqlandı

Yanvarın 10-da Qazaxıstanda parlamentin aşağı palatasına seçkilәr keçirilib.

Demokratiya İnstitutunun yaydığı sorğu nәticәlәrinә  әsasәn, ‘‘Nur Otan’’ Partiyası sәslәrin әksәriyyәtini toplayaraq qәlәbә qazanıb.

Mәlumatda qeyd olunub ki, hakim ‘‘Nur Otan’’ Partiyası sәslәrin 72,1 faizini, ‘‘Ak Yol’’ Partiyası 10.18 faizini vә Qazaxıstan Xalq Partiyası da 9.54 faizini toplayıb.

Belәliklә ‘‘Nur Otan’’ Partiyası birinci, ‘‘Ak Yol’’ Partiyası ikinci, Qazaxıstan Xalq Partiyası da üçüncü yerdә qәrarlaşıb.

Tәdqiqat İnstitutunun apardığı sorğuda isә 20 min seçici iştirak edib. Sorğu nәticәlәrinә görә, hakim  ‘‘Nur Otan’’ Partiyası sәslәrin 71, 97 faizini, ‘‘Ak Yol’’ Partiyası 10.18 faizini vә Qazaxıstan Xalq Partiyası da 9.03  faizini toplayıb.

Qeyd edәk ki, Qazaxıstan Respublikasının birinci prezidenti  Nursultan Nazarbayev ölkə parlamentinin aşağı palatasında seçkilərdə qələbə münasibətilə hakim "Nur Otan" Partiyasının seçki qәrargahına baş çәkib.

Xatırladaq ki, Nursultan Nazarbayev  hazırda "Nur Otan" Partiyasının sәdri vәzifәsini icra edir.



Әlaqәli Xәbәrlәr