Tarixdə bu gün: 10 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1466375
Tarixdə bu gün: 10 avqust

**

  1519-cu ilin 10 avqustunda portuqaliyalı səyyah Ferdinand Magellan 5 gəmi və 270 nəfərlik ekipajı ilə dünya turu üçün İspaniyanın Seville limanından yelkən açıb yola düşdü.

***

  1628-ci il 10 avqustda Stokholm limanından hakim sülalənin şərəfinə “Vaza” adlanan kral gəmisi özünün ilk və son səfərinə çıxdı. 6 min palıd ağacından hazırlanan və 64 topla təchiz edilən bu yaraşıqlı gəmi 1 kilometr məsafə qət etdikdən sonra suda əyilməyə başladı və tezliklə dənizin dibinə çökdü. 50 nəfərin ölümü ilə nəticələnən faciə gəmiqayıranların yanlış hesablamaları ucbatından baş veribmiş.

  1961-ci ilə “Vaza” gəmisi dənizin dibindən çıxarıldı və məlum oldu ki, 300 ildən artıq suyun altında qalmasına başmayaraq, çox yaxşı vəziyyətdə qalıb. Hazırda bu gəmi Stokholm muzeyində nümayiş etdirilir.

***

  1675-ci il avqustun 10-da Qrinviç rəsədxanasının bünövrəsi qoyuldu. Bu nadir qurğunun inşası İngiltərə kralı Karl II Stüartın təlimatı ilə həyata keçirilib.

*** 

  1792-ci ilin 10 avqust tarixindən Fransada kral hakimiyyətinə son qoyuldu: XVI Lui (Lous) həbs olundu, Tüilri (Tuileries) sarayı talan edildi.

 

***

  10 avqust Ekvador müstəqillik gününü qeyd edir.

  Cənubi Amerikanın şimal qərbində yerləşən, 1830-cu ildə istiqlaliyyət qazanan, dünya bazarına neft və kənd təsərrüfatı məhsulları çıxaran Ekvador bir aqrar sənaye ölkəsidir. Sahəsi 283,6 min kv.m., əhalisi 12 milyon nəfərdən çoxdur.

***

  1913-cü ilin 10 avqustunda İkinci Balkan Müharibəsi sona çatdı: Bolqarıstan, Rumıniya, Serbiya, Çernoqoriya və Yunanıstan arasında Buxarest Müqaviləsi imzalandı.

***

  1914-cü il 10 avqustda Aralıq dənizindəki İngiltərə donanmasından qaçan "Goben" və "Breslau" adlı iki Almaniya zirehli gəmisi Osmanlı imperiyasına sığındı. Satın alındığı elan edilən döyüş gəmilərinə "Yavuz" və "Midilli" adları verildi. Bu iki gəmi sonralar Qaradənizə açılaraq Rusiya limanlarını bombardman etdi. Qarşılığında Rusiya Romanovlar çarlığı tərəfindən Osmanlı imperiyasına müharibə elan olundu.

***

  Birinci Dünya Müharibəsi qurtardıqdan sonra 1920-ci ilin 10 avqustunda Osmanlı imperatorluğunun parçalanmasını nəzərdə tutan Sevr Müqaviləsi imzalandı. Müqaviləyə görə, Anadoluda yalnız kiçik bir bölgə türklərin ixtiyarına verilmişdi.

***

  10 avqust 1945-ci ildə Yaponiya təslim olduğunu elan etməsilə İkinci Dünya Müharibəsi Sakit Okean və Uzaq Şərqdə başa çatdı.

***

  1994-cü ilin 10 avqustunda Türkiyənin peyki - "TÜRSAT 1-B" uğurla kosmosa buraxıldı. Bununla Türkiyə kosmosda peyki olan 18 ölkədən biri oldu.

***

  10 avqust 2014-cü ildə Türkiyə tarixində ilk dəfə prezident seçildi. Türkiyə Cümhuriyyətinin 12-ci başçısı prezident Rəcəb Tayyib Ərdoğan oldu.

***              

10 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Qazaxıstanın tanınmış maarifçisi və şairi Abay Kunanbayev 1845-ci ilin bu günü dünyaya gəlib. İlk təhsilini mədrəsədə alıb, amma rus məktəbində də oxuyub. 12 yaşından şeir yazmağa başlayıb. Şeirləri əsasən şifahi yayılaraq məşhurlaşıb.

  Abay Kunanbayevin yaradıcılığı qazax folkloru, akın poeziyası ilə sız bağlıdır. (1845-1904)

***

  Azərbaycanın görkəmli hərbçisi Cəmşid Naxçıvanski 1895-ci il 10 avqustda anadan olub. Tiflisdə Yunkerlər, Ukraynanın Yelizavetqrad şəhərində isə qvardiya məktəblərində təhsil alıb. Birinci Dünya Müharibəsində müsəlman eskadrosunun komandiri olub. 26-36 yaşlarında (1921-1931) Birinci Azərbaycan Süvari Diviziyasına başçılıq edib. Frunze adına Hərbi Akademiyanı əla qiymətlərlə bitirdiyi üçün orada müəllim olaraq saxlanılıb, milli hərbi kadrların yetişdirilməsində böyük xidmətləri olub.

  1971-ci ildən Azərbaycanda fəaliyyət göstərən orta ixtisaslaşdırılmış hərbi məktəb Cəmşid Naxçıvanskinin adını daşıyır. (1895-1938)

***



Әlaqәli Xәbәrlәr