Tarixdə bu gün: 7 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1448865
Tarixdə bu gün: 7 iyul

***

  1955-ci ildə Albert Eynşteyn, Frederik Jolio-KüriBertran Rassel dünya alimlərini atomdan hərbi məqsədlər üçün istifadə olunmasına etiraz səslərini ucaltmağa çağırdılar. Çağırışa cavab olaraq 1957-ci ilin bu günü Kanadanın Paqouş şəhərində “Alimlərin sülh, tərksilah, təhlükəsizlik məsələlərinə həsr edilmiş konfransı” oldu. O vaxtdan etibarən hər il 7 iyulda Paqouşda bu tədbir keçirilir.

***  

  7 iyul 2005-ci ildə İngiltərənin paytaxtı London silsilə terror hücumlarıyla sarsıldı: şəhərin üç ayrı-ayrı metro stansiyası və bir 2 mərtəbəli avtobusda bomba partladı. Partlayışlar nəticəsində 56 nəfər həyatını itirdi, yüzlərlə adam yaralandı. Hücumun məsuliyyətini Əl-Qaidə terror təşkilatı öz boynuna götürdü.

***

  İsrail 3 vətəndaşının qaçırılaraq öldürüldüyünü səbəb göstərərək 2014-cü ilin bu günü Qəzza Şeridinə hücum etdi.

  İsrail ordusu hava hücumundan sonra qurudan da Qəzzaya girdi. Çıxan qarşıdurmalar nəticəsində 1868 fələstinli həyatını itirdi.

***

7 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Şərq poeziyası və fəlsəfəsinin görkəmli nümayəndələrindən olan Baba Tahir Üryanın xatirə günüdür.

  Orta əsr yazılı mənbələri məlumatına görə, Baba Tahir 1000-ci ildə anadan olub, 56 yaşında vəfat edib.

  Şərq ədəbiyyatı tarixinə dördlüyün mahir ustalarından biri kimi daxil olmuş Baba Tahir həm də XI əsrin görkəmli filosoflarından sayılır. (1000-1058)

***

  Məşhur alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger) 1884-cü il iyulun 7-də dünyaya gəlib. 1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Almaniyadan mühacirət etməyə məcbur olub, əvvəlcə Fransa, 1940-cı ildə alman faşistləri bu ölkəni işğal etdikdən sonra isə Amerika Birləşmiş Ştatlarına köçərək ömrünün sonuna kimi orada yaşayıb.

  Lion Feyxtvangerin “Yəhudi Züss”, “Eybəcər hersogeniya”, “Sürgün”, “Tülkülər üzümlükdə”, “Qoyya”, “Yalançı Neron” romanları bütün dünyada məşhurdur. (1884-1958)

***                                                  

  Təsviri sənətdə modernizm cərəyanının ən görkəmli nümayəndələrindən olan belorus Fransa rəssamı Mark Şaqal (Marc Chagall) 1887-ci il 7 iyulda Vitebsk yaxınlığındakı Lioznı şəhərində anadan olub. 1922-ci ildə Berlinə mühacirət edən rəssamın adı uzun illər SSRİ-də yasaq edilmişdi. (1887-1985)

***                          

  Cənubi Azərbaycan və İran inqilabi hərəkatının liderlərindən olan Seyid Cəfər Pişəvəri 1892-ci il iyulun 7-də dünyaya gəlib.  

  1913-1917-ci illərdə Şimali Azərbaycanda (Azərbaycan Respublikası) yaşayan Seyid Cəfər Bakının Xırdalan kəndində müəllimlik edib. 1920-ci ildə İrana qayıdaraq siyasi fəaliyyət göstərib.

  1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyilə Təbrizdə Azərbaycan Demokrat Firqəsi təşkil olunub.

  Cənubi Azərbaycanda Milli Hökumətin baş naziri olan Pişəvəri inqilabın süqutundan sonra - 1946-cı ildə yenidən Bakıya qayıdıb. Bir il sonra (11 iyun 1947) avtomobil qəzasında müəmmalı şəkildə həlak olub. (1892-1947)

***

  "Sherlock Holmes" silsilə əsərləriylə dünya şöhrəti qazanan ingilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle) 1930-cu ilin bu günü 71 yaşında həyatdan köçüb. (1859-1930)

***

  1944-cü il 7 iyulda Yaponiyada sovet kəşfiyyatçısı Rixard Zorge edam edilib.

  Rixard 1895-ci ildə Azərbaycanın paytaxtı Bakıda alman mühaciri ailəsində anadan olmuş, sonra yenidən ailəsilə Almaniyaya qayıdaraq orada təhsil almışdı. Gənc yaşlarında antifaşist hərəkatına qoşulan Zorge sovet kəşfiyyatına cəlb edilmişdi.

  Almaniyanın SSRİ-yə hücumunun dəqiq tarixini Stalinə Rixard Zorge xəbər verib.

  Bakıda R.Zorgenin abidəsi qoyulub. (1895-1944)

***

  Xüsusilə "Hababam sinfi" (Hababam Sınıfı) və "Qaraltma gecələri" (Karartma Geceleri) romanlarıyla tanınan Türkiyə yazıçısı Rıfat İlqaz (Rıfat Ilgaz) 1993-cü ilin bu günü 82 yaşında dünyadan köçüb. (1911-1993)

***  



Әlaqәli Xәbәrlәr