Tarixdə bu gün: 27 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1422855
Tarixdə bu gün: 27 may

*** 

  1703-cü ildə Rusiya çarı I Pyotrun təşəbbüsü ilə Sankt-Peterburq şəhərinin əsası qoyuldu. 1914-cü ilin avqustundan bu şəhər Petroqrad, Sovet hakimiyyəti illərində Leninqrad adlandırıldı. 1990-cı ilin əvvəllərində şəhərin ilkin adı bərpa olundu.

*** 

  Rusiya ilə Yaponiya arasında Şərqi Asiya hökmranlığı üstündə çıxan savaşda - Tsushima Dəniz Müharibəsində Yaponiya Donanması 1905-ci ilin 27 mayında Rusiyanın Sakit Okean Donanması, ondan sonra bölgəyə göndərilən Baltik Donanmasını məhv etdi. Bu nəticə Rusiya çarlığının süqutu prosesinə yol açan donanma üsyanlarının başlanmasına səbəb oldu.

***

  27 may 1918-ci ildə Transqafqaz (Zaqafqaziya) Seyminin buraxılması ilə əlaqədar yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün seym fraksiyasına daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi. İclasda Azərbaycanın idarə olunması ələ alındı və Məhəmməd Əmin Rəsulzadənin sədrliyilə Azərbaycan Müvəqqəti Milli Şurası elan edildi. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı (nazirliklər) yaradıldı və Fətəli xan Xoyski yekdilliklə onun sədri (baş nazir) seçildi.  

 ***

  1992-ci il 27 mayda Milli Məclis Azərbaycan respublikasının dövlət himnini təsdiq etdi.

  Azərbaycan Sovet Respublikasının himni kimi, müstəqil dövlətin də himninin müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyovdur. Himnin mətni isə görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsusdur.    

***          

  SSRİ-dəki əmək düşərgələri (kolxoz, sovxoz və s.) haqqında kitabından sonra - 1974-cü ildə ölkədən sürgün edilən yazıçı Aleksandr Soljenitsin 20 il sonra – 1994-cü ilin 27 mayında geri qayıtdı.

***                                                                                   

27 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün dahi skripkaçı, musiqidə romantizmin banisi Nikkola Paqanininin xatirə günüdür.  

  11 yaşından müstəqil konsertlər verən Nikkola İtaliyanın şimalında yaşadığı dövrdə - 15-26 yaşlarında (1797-1808) “24 kapriççino”, sonatalar, simli kvartetlər yazıb. 26 yaşından sonra isə həyatını yalnız ifaçılığa həsr edib.

  Avropa ölkələrində verdiyi konsertlərlə misilsiz virtuoz kimi şöhrət qazanan Nikkola Paqanini müasir skripka texnikasının əsasını qoymaqla instrumental sənətinin inkişafına güclü təsir göstərib.  

  Paqanini 1840-cı ilin 27 mayında 58 yaşında Nitsa şəhərində vəfat edib. Lakin dini fikirlərinə görə Roma Papası görkəmli bəstəkar və ifaçının İtaliyada dəfn olunmasına icazə verməyib. Uzun illərdən sonra onun cənazəsinin qalıqları Parmaya köçürülüb. (1782-1840)

***          

  27 may müasir bakterologiya və epidemiologiyanın banisi, alman mikrobioloqu Robert Koxun xatirə günüdür.

  Əsasən infeksiya xəstəlikləri törədən mikroorqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə üsullarının hazırlanması üzrə tədqiqatlar aparmış alim 1910-cu ilin bu günü 67 yaşında Baden-Baden şəhərində vəfat edib. (1843-1910)

*** 

  Türkiyədə son dövrün görkəmli ilahiyyatçılarından olan Məhəmməd Hamdi Yazır 1942-ci ilin 27 mayında 64 yaşında vəfat edib. Onun tanınan ən mühüm əsəri 9 cilddən ibarət Quranın "Elmalılı Tefsiri"dir. (1878-1942)  



Әlaqәli Xәbәrlәr