Tarixdə bu gün: 3 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1389089
Tarixdə bu gün: 3 aprel

***

  1906-cı ilin 3 aprelində Lümyer (Lumière) qardaşlarırəngli fotoşəkil icad etdilər.

***

  3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi.

  Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu. 

***

  Türkiyədə 1937-ci ilin 3 aprelində Karabük Dəmir-Polad Fabrikinin təməli ölkə başçısı Mustafa Kamal Atatürkün göstərişi ilə dövrün baş naziri İsmət İnönü tərəfindən atıldı. Fabrik 1941-ci ildən dəmir-polad məmulatları istehsalına başaldı.

***

   3 aprel 1945-ci ildə sovet qoşunları Macarıstanın paytaxtı Budapeştə daxil oldu, ağır döyüşlər nəticəsində işğalçı faşistlər geri çəkldilər.

  Qeyd edək ki, bu illərdə Avropanın faşist işğalı olan hər yerində milli azadlıq hərəkatı geniş vüsət almışdı.         

***

  3 aprel 1948-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Harri Trumen (Harry Truman) iqtisadi yardımları əhatə edən Marşal Planını imzaladı.

  İkinci Dünya Müharibəsindən sonra iqtisadi böhrana girən bəzi ölkələrə dəstək məqsədilə təşkil olunan iqtisadi yardım paketindən, aralarında Türkiyənin də olduğu, 16 dövlət istifadə edib.

***

  2018-ci ilin 3 aprelində Türkiyənin ilk nüvə enerji stansiyasının (Akkuyu Nükleer Güc Santrali) təməli ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə atıldı.

***

 3 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür.

  1839-cu ildə Gəncədə doğulan Ələkbər Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb, Gəncə Polis sistemində (1896) müxtəlif rəhbər vəzifələrdə çalışıb, maarifçi və xeyriyyəçi kimi də fəaliyyət göstərib.

  Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə ümumi səfərbərlik keçirib, müdafiə dəstələrinə rəhbərlik edib.   

  Erməni terroru barədə mətbuatda çoxsaylı məqalələrlə də çıxış edən Ə.Rəfibəyli həm də Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən biridir. O, 1919-cu ilin 3 aprelində dünyasını dəyişib. (1839-1919)

***



Әlaqәli Xәbәrlәr