Tarixdə bu gün: 12 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1374816
Tarixdə bu gün: 12 mart

***

  Türkiyənin İstiqlal Marşı 12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

  O illərdə müstəqillik və qurtuluş mübarizəsi aparan türklərin Vətən və bayraq sevgisini, azadlıq iradəsini dilə gətirən şeir Məclisdə böyük həyəcan yaradaraq səmimi alqışlarla qəbul olundu.

***

  Hindistan və Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi 1930-cu ilin 12 martında duz istehsalındakı hökumət inhisarına qarşı Əhmədabaddan başlayan və təxminən 400 kilometr sürəcək məşhur "Duz yürüşü"nə başladı. 6 aprelə qədər davam edən bu yürüşdə Qandiyə minlərlə hindli qoşuldu.

  Qeyd edək ki, Duz yürüşü (Dandi satyaqrahası) Britaniyanın Hindistanda duz istehsalına ağır vergilər tətbiq etməsinə etiraz əlaməti olaraq gerçəkləşdirilən sivil itaətsizlik hərəkatıdır. 

***

  ABŞ prezidenti Harri Truman (Harry Truman) Türkiyə və Yunanıstanın SSRİ təzyiqindən qurtulması üçün 1947-ci ilin 12 mart tarixində 400 milyon dollarlıq yardım edilməsi üçün Konqresdən səlahiyyət istədi.

***

  12 martda Mavriki respublikası milli bayramını qeyd edir.

  Əvvəllər Böyük Britaniya hakimiyyəti altında olan bu ölkə 1968-ci ilin 12 mart tarixində istiqlaliyyətini elan edərək suverenliyini qazanıb.

***

  Türkiyədə siyasi böhran, tətil və tələbə aksiyalarıyla bağlı 1971-ci ilin 12 mart tarixində Türkiyə Silahlı Qüvvələri hökumətə niyyət protokolu verdi. Nəticədə dövrün baş naziri Süleyman Dəmirəl istefa etdi. 26 martda isə Nihad Erimin rəhbərliyilə İslahat Hökuməti quruldu.

***

  1985-ci ilin 12 martında erməni terror təşkilatı ASALA-nın üzvləri Türkiyənin Kanada Səfirliyinə silahlı basqın etdi. Hücumda səfir Coşqun Kırca yaralandı, kanadalı bir polis isə həyatını itirdi.

***

  Papa II Con Pol (John Paul) 2002-ci ilin 12 mart tarixində kilsənin keçmişdə yəhudilərə, müxalifətə, qadınlara və təqsiri olmayan insanlara qarşı etdiyi günahlara görə rəsmən əfv dilədi.

***

12 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ilin bu günü anadan olub.

  Uşaqlıqda çoban, sonralar muzdur olan Nəbi kəndlilərin torpaqlarını tutmaq istəyən yerli mülkədarlara müqavimət göstərdikdən sonra qaçaq düşüb.

  1875-ci ildən Zəngəzur qəzasında çar hökumətinə qarşı 20 il mübarizə aparıb.

  1897-ci ildə Şah Hüseyn və Kərbəlayi İman Qaçaq Nəbini xaincəsinə qətlə yetiriblər.

  Xalq öz qəhrəmanının şərəfinə dastanlar yaradıb, mahnılar qoşub.      

***  



Әlaqәli Xәbәrlәr