Tarixdə bu gün: 11 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1355319
Tarixdə bu gün: 11 fevral

***

  1725-ci ilin 11 fevral tarixində Rusiyanın Xarici İşlər Kollegiyası Türkiyə və İranda yaşayan ermənilərin Xəzəryanı bölgələrə yerləşdirilməsi haqqında fərman verdi. Bununla da Qafqazın etnik həyatında elə bir rol oynamayan ermənilərin Rusiya hökumətinin köməyilə Qafqaza gəlişinin əsası qoyuldu. 

***

  1965-ci ilin 11 fevralında “Yeni Adana” qəzeti Dünya Mətbuat Uğur Mükafatını qazanır. Bunun qısa tarixçəsi belədir.

  1918-ci ilin 25 dekabrında Birinci Dünya Müharibəsi bitmiş, Osmanlı İmperiyası məğlub olmuş və müqavilələrə görə torpaqlar bölüşdürülməyə başlanmışdı. Türkiyənin cənubunda yerləşən Adana və ətrafı fransızlar tərəfindən işğal edilmişdi. Bu işğaldan 5 gün sonra vətən torpaqlarını qorumağı qarşısında məqsəd qoyan “Adana” adlı bir qəzet nəşr olunmağa başlayır. Təbii ki, qəzet fransızların diqqətindən yayınmır və 3 sayından sonra bağlanılır. Bu işğalı əsla qəbul etməyə niyyəti olmayan qəzet sahibləri Əhməd Rəmzi bəy Yüregir və yozqatlı, ehtiyatda olan zabit Mehmet Avni Doğan 5 gün sonra bu dəfə "Yeni Adana” adı ilə qəzetin nəşrini davam etdirirlər. Haqlarında həbs və mətbəələrinin bağlanılması qərarları çıxır. Amma onlar mətbəə ləvazimatlarını da götürərək başqa şəhərə qaçma imkanı tapır, qəzeti çıxarmağa davam edir və Qurtuluş Savaşı gedən Anadoluda baş verən hadisələri yerli əhaliyə çatdırırlar.

  Amerika Mətbuat Birliyi Fondu “Amerika və Kanada xaricində dərc olunan qəzetlər üçün” müəyyən etdikləri Dünya Mətbuat Uğur Mükafatını 1965-ci ilin bu günü Türkiyədən “Yeni Adana” qəzetinə verir. Qəzet bu mükafatı alan ilk və tək Türkiyə qəzeti olaraq tarixə düşür.

***

  1979-cu il 11 fevralda İranda İslam İnqilabı baş verdi. Nəticədə Pəhləvi sülaləsinin monarxiya rejimi devrildi, İran şahı başqa ölkəyə qaçdı və İran İslam Respublikası elan olundu. 

***

 

 

 

  11 fevral 1990-cı ildə Cənubi Afrikada irqçi rejimə qarşı müqavimətin simvolu olan Nelson Mandelanın Robben adası və Pollsmoor həbsxanasında 27 il davam edən məhbus həyatı başa çatdı.

  Afrika Milli Konqresinin lideri olan N.Mandela 1994-cü ildə edilən seçkilərlə dövlət başçısı oldu və ölkəsindəki irqçi rejimə son qoydu.

 

 

***

 

 

  2006-ci ilin 11 fevralında alman arxeoloqlar Türkiyənin Şanlıurfa rayonunun Göbeklitepe qəsəbəsində bəşəriyyətin ən qədim xəbər sistemi olaraq xarakterizə etdikləri və bu gün də istifadə edilən yazının ibtidai forması olan işarələr tapıblar.

  Qeyd edək ki, Göbeklitepe Şanlıurfanın 22 km. şimal-şərqindəki Örencik kəndi yaxınlığında yerləşir və dünyanın ən qədim yaşayış məskənlərindən biridir. 11.600 il əvvəl qurulduğu təsbit edilən Göbeklitepe UNESCO-nun Dünya Mirası Siyahısında yer alır.

 

 

***

 

 

 

  Misiri 30 il boyu “dəmir yumruq”la idarə edən dövlət başçısı Hüsnü Mübarək Qahirənin Tahrir meydanında başlayan və ölkəyə yayılan xalq nümayişləri nəticəsində 2011-ci ilin 11 fevralında vəzifəsindən istefa verdi.

 

 

 

***

11 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1784-cü ilin 11 fevralında Azərbaycanın böyük maarifçi və satirik şairi Qasım bəy Zakir dünyaya gəlib. Qarabağın mərkəzi Şuşada mollaxanada təhsil alıb, ərəb və fars dillərini öyrənib, klassik Şərq ədəbiyyatını mənimsəyib. 

  Qasım bəy Zakir 19-cu əsrin I yarısında yaranmağa başlayan realist ədəbiyyatın görkəmli nümayəndəsi, Vaqif ənənələrinin davamçısı sayılır. Onun lirik şeirlərində xalq poeziyasının təsiri güclüdür. Mənzum hekayələr və təmsilləri ilə Q.Zakir Azərbaycan satirik ədəbiyyatının gözəl nümunələrini yaradıb. (1784-1857)

***

  Rus diplomatı və yazıçısı Aleksandr Qriboyedov 1829-cu ilin bu günü Tehranda qətlə yetirilib. Rusiya ədəbiyyatında “Ağıldan bəla” pyesinin müəllifi kimi tanınan A.Qriboyedov Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə nəticələnən Türkmənçay müqaviləsinin imzalanmasında iştirak edib. Dövrün Qacar (İran) şahı qətlə görə üzrxahlıq üçün dünyanın ən böyük qiymətli daşlarından sayılan “Şah” almazını rus (Romanovlar) çarına hədiyyə göndərib. (1795-1829)

***



Әlaqәli Xәbәrlәr