Tarixdə bu gün: 4 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1351572
Tarixdə bu gün: 4 fevral

***  

 

 

  1922-ci ilin 22 noyabrından başlayan Lozanna sülh müqaviləsi görüşləri Osmanlı dövlətinin borcları, kapitulyasiyalar, milli azlıqlar, İstanbul və Çanaqqala boğazlarının başçılığı məsələsi, Türkiyə - Yunanıstan sərhədi və Mosul problemləri üzündən 1923-cü ilin 4 fevralında dayandırıldı və İsmət İnönü başda olmaqla Türkiyə nümayəndə heyəti Ankaraya döndü.  

  Lozanna Konfransının ikinci mərhələsi aprelin 23-də başladı.

 

 

 

***

 

  İkinci Dünya Müharibəsindən sonra - 1945-ci ildə Yaltada SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinin iştirakı ilə tarixdə Krım Konfransı adı ilə məşhur olan Yalta məclisi açıldı. Fevralın 12-ədək davam edən həmin konfransda Stalin, Ruzvelt və Çörçil faşist Almaniyası üzərində qələbədən sonra dünyanın yeni geosiyasi mənzərəsini müzakirə etdilər.  

  Konfransda həmçinin 1 marta qədər Almaniya və Yaponiyaya müharibə elan edən dövlətlərin Birləşmiş Millətlər Təşkilatına qurucu üzv ola bilmələri qərarlaşdırıldı.

 

 

***

  4 fevral Şri-Lanka xalqının milli bayramı – istiqlaliyyət günüdür.

  Hind-Çin yarımadasında Şri-Lanka ilk dəfə 1948-ci ildə öz dövlətini yaradıb və müstəqilliyini elan edib. 

***

 

 

 

  Rəcəb Tayyib Ərdoğan Cəlal Bayarın 1959-ci il səfərindən 59 il sonra – 2018-ci ilin 4 fevralında Vatikana Türkiyədən dövlət başçısı səviyyəsində gedən ilk prezident oldu.

 

 

 

 

***

4 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli şərqşünas alimi və şair Mirzə Cəfər Toçubaşov 1869-cu ilin bu günü dünyasını dəyişib.

  Tiflisdə anadan olmuş Mirzə Cəfər ilk təhsilini orada alıb, ərəb, fars, türk, rus dil və ədəbiyyatlarını müstəqil şəkildə öyrənib.

  35 yaşından (1819) Sankt-Peterburqdakı Baş Pedoqoji İnstitutda ərəb, fars və türk dillərindən dərs deyən Mirzə Cəfər Topçubaşov Rusiya Arxeologiya və Numizmatika Cəmiyyətinin Şərq şöbəsinin ilk rəhbəri olub.

  Azərbaycanlı şərqşünas alim London Kral Asiya Cəmiyyətinin həiqiq üzvü olub. (1784-1869)

***

 

 

 

  Şimali Qafqaz - Dağıstan xalqının siyasi və dini lideri Şeyx Şamil Həcc ziyarəti yolunda getdiyi Mədinədə 1871-ci ilin bu günü dünyada köçüb.  

  Şeyx Şamil ömrünün çoxunu Qafqazın müstəqilliyi üçün Rusiya ilə döyüşlərdə keçirib.

 

 

 

***

  Dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. Onun 11 yaşında (1932) Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıbşlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olub. Bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Alimin dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.
  Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. Lütfi Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
  Azərbaycanlı alimə şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan məhz qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Beləliklə, elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yaranmışdır. Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
  Lütfi Zadə həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
  Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. O, NASA və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi.

  Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. (1921 – 2017)

***



Әlaqәli Xәbәrlәr