Tarixdə bu gün: 15 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1269643
Tarixdə bu gün: 15 sentyabr

***

  15 sentyabr Mərkəzi Amerikanın 4 ölkəsi – Qvatemala, Salvador, Kosta-Rika və Nikaraquada müstəqillik günüdür. 1821-ci ilin bu günü İspaniya müstəmləkəçilərinə qalib gələn bu ölkələr həmin il istiqlaliyətlərini elan ediblər. 

***

  Ağır döyüşlərdən sonra türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında olan Osmanlı və Azərbaycan birləşmiş türk hərbi qüvvəsi - Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də paytaxt Bakını rus-erməni işğalçılarından tamamilə təmizlədi. Bununla da azərbaycanlılara qarşı qanlı terrorlar törətmiş bolşevik-daşnak diktaturasına qon qoyuldu. 

***

  15 sentyabr “Azərbaycan” qəzetinin 101 yaşı tamam olur. Bu qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın bu günü Azərbaycanın Gəncə şəhərində çap edilib. 

***

  1928-ci ilin 15 sentyabr tarixində Şotlandiyanın bakteriologiya alimi Fleminq penisillini kəşf etdi.

***

  İkinci Dünya Müharibəsi zamanı - 1944-cü ilin 15 sentyabrında İngiltərənin Hava Qüvvələri bir gündə Almaniyanın 185 döyüş təyyarəsini vurdular.

***

  Türkiyədə 1961-ci il 27 May Çevrilişindən sonra qurulan Yassıada Məhkəməsi həmin ilin 15 sentyabrında qərarını açıqladı: bağlanılan Demokrat Partiyanın, aralarında dövrün ölkə başçısı Cəlal Bayar və baş naziri Adnan Menderesin də olduğu, 15 üzvü haqqında ölüm hökmü verildi, 32 nəfər isə ömürlük həbs cəzasına məhkum edildi.

***

  15 sentyabr 1975-ci ildə Livanın paytaxtı Beyrutda xristian və müsəlmanlar arasında vətəndaş müharibəsi başladı. Bundan 7 il sonra həmin gün İsrail Beyturu işğal etdi.

***

   Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.

  2004-cü ilə qədər bu bayram sentyabrın 1-də keçirilirdi. Həmin il Azərbaycan prezidentinin fərmanı ilə yeni dərs ilinin başlanğıcı sentyabrın 15-nə təyin edildi. 

***

  15 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  “Sonuncu Magikan”, “Ovçu”, “Ləpirçi”, “Piolenrlər” və digər macəra romanlarının müəllifi, məşhur Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper) 1789-cu ilin bu günü anadan olub.

  Romantizm cərəyanının nümayəndələrindən olan Kuper universitet təhsili alıb, 17-22 yaşlarında (1806-1811) donanmada xidmət edib. Onun dəniz mövzusuna həsr etdiyi “Losman” və “Qırmızı quldur” romanları bu gün də böyük maraqla oxunur. Hollivud studiyaları Kuperin macəra romanlarının motivləri əsasında onlarla film çəkib. (1789-1851)

***

  Dünya ədəbiyyatında dedektiv janrının əvəzsiz ustası kimi tanınan Aqata Kristi (Agatha Christie) 1891-ci il senytabrın 15-ində doğulub.

  80-dən çox roman, 20-dən çox pyes və hekayənin yazarı olan, əsərləri əksər dillərə tərcümə edilən ingilis yazıçısı detektiv kino yaradıcılarının da ən çox müraciət etdiyi müəlliflərdəndir. (1891-1982)

***

  Liviya müstəqillik mübarizəsinin lideriÖmər Muxtar tarixin bu günü edam olunub.

  Ömər Muxtar Sənusi təriqətinə mənsub idi. XIX yüzillikdə Şimali Afrikada təşəkkül tapan bu təsavvuf məktəbi qısa zamanda çox sürətlə inkişaf edərək işğalçı qüvvələrə qarşı Afrika müsəlmanlarının müqavimət hərəkatı üçün bir stimul olmuşdu.

  1911-ci ildən etibarən qərb dövlətlərinin, o cümlədən İtaliyanın Liviyaya təcavüzünün artdığı bir dövrdə Liviya xalqı işğalçılara qarşı müqavimət hərəkatına başladı. 

  İtaliyalılar təkcə təşkilatlanmış bir qisim Sənusi birliklərinə qarşı deyil, bütünlükdə Liviya xalqına qarşı mübarizə aparırdılar. Xalq ölüm-dirim savaşına atılmışdı.

  15 sentyabr 1931-ci ildə İtaliya məhkəməsi qarşısına mühakimə edilmək üçün çıxarıldı. (1861 - 1931)

***

  Bu gün Azərbaycanın Xalq rəssamı Elbəy Rzaquliyevin xatirə günüdür.

  Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən E.Rzaquliyev 1977-ci ildən Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin katibi olub. O, rəssamlığın müxtəlif janrlarında tablolar yaradıb, dünyanın bir çox ölkələrinin həyat və təbiətini təsvir edən lövhələr çəkib. Yaradıcılığında tarixi mövzular, əməyin tərənnümü və portretlərə mühüm yer verən Elbəy Rzaquliyev bir sıra Azərbaycan kinosuna da bədii tərtibat verib və geyim eskizləri yaradıb. (1926-2007)

*** 



Әlaqәli Xәbәrlәr