Tarixdə bu gün: 25 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1254599
Tarixdə bu gün: 25 avqust

***

  25 avqust Uruqvayın milli bayramı – müstəqillik günüdür. Cənubi Amerikanın şərqində yerləçən bu ölkə 1825-ci ildə istiqlaliyyət qazanıb.                                                                                                

***

  1830-cu ilin 25 avqustunda “Belçika inqilabı” adlandırılan Belçikanın Hollandiya krallığından ayrılma prosesi başladı. I Leopold kral təyin edildikdən sonra Belçika parlament sisteminə malik bir monarxiya oldu.

***

  1918-ci il 25 avqustda Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Ağdaşa şəhər statusu verildi. Bütövlükdə Ağdaş rayonu isə 1930-cu ildə təşkil olundu.

***

  1933-cü ilin 25 avqustunda Çində meydana gələn zəlzələdə 9 min adam həlak oldu.

***

  İkinci Dünya Müharibəsi zamanı – 1940-cı ilin 25 avqustunda Almaniyanın təyyarələri Londonu bombalamağa başladı.

***

  1944-cü il 25 avqustda Fransanın İkinci Zirehli Diviziyası Parisə daxil oldu və paytaxtdakı alman əsgərləri müttəfiqlərə təslim oldu.

***

  Şahmat üzrə dünya çempionu Harri Kasparov 1997-ci ilin 25 avqustunda "Deeper Blue 2"yə uduzdu. Bu oyun bir şahmat çempionunun kompüterə məğlub olduğu ilk qarşılaşma oldu.

***

25 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1530-cu ilin 25 avqustunda Rusiya tarixinin ən ziddiyyətli hökmdarlarından biri olan, daha çox İvan Qroznı adı ilə tanınan IV İvan anadan olub. Ölkədə Opriçnina və hərc-mərclik dövrü, qiyam və üsyanlar onun adı ilə bağlıdır. Eyni zamanda, İvan Qroznı öz hakimiyyəti dövründə Rusiyanın sərhədlərini genişləndirməyi bacarıb. (1530-1584)

*** 

  Böyük ingilis ixtiraçısı, buxar maşınının yaradıcısı Ceyms Uatt (James Watt) 1819-cu ilin bu günü 83 yaşında dünyadan köçüb.

  C.Uatt 1769-cu ildə odla işləyən maşınlarda yanacağın azaldılması qaydaları, 1782-ci ildə genişləndirmə ilə buxar mühərriki, 1784-cü ildə isə universal buxar mühərrikinə patent almaqla buxar maşınının ixtiraçısı adını qazanıb. (1736-1819)

***

  Bu gün görkəmli Amerika fiziki, elm tarixinə elektromaqnitizmin tədqiqatçısı olaraq düşən Maykl Faradey (Michael Faraday) xatırlanır. Onun haqqında yazılıb: “Qaliley vaxtından bəri dünya bu qədər heyrətamiz kəşflər görməmişdi və başqa bir Faradey çətin ki gələcəkdə bu qədər iş görmüş olsun”. (1791-1867)

***

  Tarixdə “100 ən çox öyrənilmiş şəxsiyyətlər” siyahısına daxil edilmiş məşhur alman filosofu və klassik filoloq Fridrix Nitsşe (Friedrich Nietzsche) 1900-cü ilin 25 avqustunda dünyasını dəyişib. 

  F.Nitsşe qeyri-akademik təbiətinə görə elmi-fəlsəfi cəmiyyətin sərhədlərindən kənara çıxaraq geniş yayılan original fəlsəfi təlimin yaradıcısı idi. Nitsşenin sitatları mədəniyyət, əxlaq, dinin əsas prinsiplərini sual altında qoyurdu və fəaliyyətin qiymətləndirilməsinin müxtəlif kriteriyalarını özündə əks etdirir. (1844-1900)

***

  25 avqust 2012-ci ildə Aya ilk ayaq basan insan amerikalı astronavt Neil Armstronq həyatdan köçüb. (1930-2012)

***

  Bu gün 2017-ci ildə dünyasını dəyişmiş TRT-nin aparıcı Mesut Mertcanın xatirə günüdür. (1946-2017)



Әlaqәli Xәbәrlәr