Tarixdə bu gün: 20 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1182178
Tarixdə bu gün: 20 aprel

***

  571-ci ilin 20 aprel tarixində son peyğəmbər Hz.Məhəmməd Məkkədə anadan olub.

***

  1814-cü ildə Fransaya qarşı müharibədə qalib gələn dövlətlər imperator Napoleonu qvardiyası ilə birlikdə Elba adasına sürgünə göndərdilər. Bu münasibətlə Paris yaxınlığında Fontenblo sarayı qarşısında Napoleonla vida mərasimi təşkil olundu.  

***

  1862-ci ilin 20 aprelində ilk pasterizəedilmə təcrübəsi Lui Paster (Louis Pasteur) və Klod Bernar (Claude Bernard) tərəfindən həyata keçirildi.

***

  20 apreldə Türkiyə Respublikasının ilk konstitusiyası olan “1924 Konstitusiyası” qüvvəyə mindi.

  Qeyd edək ki, 1961-ci ilə qədər qüvvədə olan bu konstitusiyada Türkiyədə qadınlara ilk dəfə seçmə və seçilmə hüququ verilib.

***

  1933-cü ilin 20 aprel günündə Bolqarıstanın Razqrad şəhərindəki türk qəbiristanlığının bir bolqar qrup tərəfindən yerlə-yeksan edilməsiylə İstanbulda “Razqrad hadisələri” başlandı.

***

20 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanda səhiyyənin inkişafında böyük xidmətləri olan professor Əbülfəz Qarayev 1885-ci il aprelin 20-də Bakıda anadan olub.

  Ölkədə qadın və uşaq müalicə müəssisələrinin təşkilatçılarından biri olan Ə.Qarayev 1938-ci ildən ömrünün sonunadək - 14 il Azərbaycan pediatriya cəmiyyətinin sədri olub. (1885-1952)

***

  Azərbaycanın görkəmli komediya ustası və xalq artisti Nəsibə Zeynalova 1917-ci ilin bu günü Bakıda, Azərbaycan teatr sənətinin banilərindən olan Cavanşir Zeynalovun ailəsində dünyaya gəlib.

  Nəsibə Zeynalovanın ən məşhur rolu “Qaynana” komediyasındakı qaynana - Cənnət obrazıdır. (1917-2004)

***



Әlaqәli Xәbәrlәr