Çiy badamın faydaları

Çiy badamın sağlamığımız üçün möcüzəvi faydaları

1914043
Çiy badamın faydaları

Sağlıq Olsun-14-2022

Elmi araştırmalara görə, bədən müqavimətimizin azalması infeksiyalarara sürətlə yoluxmamıza səbəb olur. Bu da həm gündəlik, həm də iş həyatımıza mənfi təsir edər. Belə təhlükələrin  qarşısını  ala bilmək isə ancaq bədənimizin gündəlik ehtiyacı olan protein, vitamin və mineralları təmin edəcək qidaları kifayət qədər qəbul  etməklə mümkün ola bilər. Lakin badam da belə problemlər ilə üz-üzə gəlməmək  üçün istehlakı  məsləhət  görülən  ən  faydalı  qidalardan biridir. Gündəlik həyatımızda bir neçə  ədəd badam istehlak edərək  həm ümumi sağlamlığımızı qoruya, həm də həyat keyfiyyətimizi və iş performansımızı artıra bilərik. 

Badamın ən önəmli faydaları bunlardır:

1- Pis xolesterola qarşı mübarizə

Qanda yüksək səviyyədə pis xolesterin (LDL) ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir. Hər gün təxminən 20 çiy badam istehlak etmək  pis xolesterol həcmini aşağı  salaraq ürək xəstəliyi riskini azaldır və yaxşı xolesterolu artırır.

2- Vitamin ethiyacını təmin edər

100 qram xam badam təxminən 20 qram protein ehtiva edir. A, E və C vitaminləri baxımından da zəngin  olan badam  istehlakı bədənin gündəlik kalium, kalsium və dəmir ehtiyacının əhəmiyyətli hissəsini təmin edər.  

E vitamini və folik turşusu sayəsində dəri hüceyrələri qorunur və yenilənir. Müntəzəm istehlak  edildikdə ultrabənövşəyi şüalar və stress nəticəsində zədələnmiş dərinin yenidən  sağalmasına kömək edər. Güclü antioksidan qaynağı olan E vitamini sayəsində dərinizi həmişə  cavan saxlaya və yaşlanmağın qarşısını ala bilərsiniz. Tərkibindəki Folik turşusu isə, saç tökülməsinin qarşısını alır.

3- Beyin funksiyalarını gücləndirir

Badamın tərkibindəki B qrupu vitaminlər və minerallar beyin funksiyalarının güclənməsinə kömək edər.  Bu xüsusiyyətindən faydalanmaq üçün gündə 5-6 badam istehlak etmək  məsləhətdir. Xüsusilə uşaqların beyin inkişafında təsirli olan badam, onların öyrənmə bacarıqlarının və yaddaşlarının inkişafına da töhfə  verir. Yetkinlərdə və qocalarda da beyin funksiyalarını gücləndirən badam, müntəzəm istifadə edildikdə Altsheimer xəstəliyi riskini azaldır. Bədənə enerji verdiyi üçün yorğunluğa yaxşı gəlir.

4- Dəri üçün faydalıdır

Badam yağı çox güclü nəmləndirici xüsusiyyətə malikdir.

5-Öd kisəsinin sağlamlığında təsirlidir

Çiy badam öd kisəsində daş əmələ gəlməsi riskini azaldır. Tərkibindəki liflər həzm sisteminin yaxşı işləməsini təmin edər ki, bu da öd kisəsində balansızlıq yaranmasının qarşısını alır.

6- Saç sağlamlığını dəstəkləyir

Tərkibindəki E vitamini  və Omeqa-3 yağ turşuları  saç sağlamlığını  qorur. Saç köklərini qidalandırır və saçların daha sağlam uzanmasına həmçinin  parlaq görünməsinə  kömək edər.

7- Böyrək sağlamlığını gücləndirir

 Çiy badam böyrəkdə qum və daş əmələ gəlməsinin qarşısını alır.

8- Liflə zəngindir

Tərkibində karbohidrat miqdarı az, yağ və pupla miqdarı çox olduğu üçün tox tutar. Həzm sisteminin yaxşı  işləməsinə  kömək edər. Qəbizlik riskini  minimum seviyyəyə  endirir.

9- Qan şəkərinin tənzimlənməsində effektivdir

Karbohidrat dəyərinin aşağı olmasına baxmayaraq, faydalı yağlar və zülallarla zəngin olan badam, qan şəkərini tənzimlədiyi üçün şəkər xəstələri tərəfindən istehlak edilə bilər.

Tərkibindəki maqnezium, metabolik hadisələrə birbaşa təsir göstərir. Bunlardan biri qan şəkərini tənzimləməkdir. Araşdırmalar göstərib ki, şəkər xəstələrinin 40%-də maqnezium çatışmazlığı var.  Gündə təxminən 1 ovuc badam  istehlakı maqnezium çatışmazlığını aradan qaldırır və  insülin müqavimətini azaldır. 

10- Qan təzyiqini balanslaşdırır

Arterial hipertenziya, beyin qanaması, infarkt və insult kimi bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir. Meksika Sosial Təminat İnstitutunun biotibbi araşdırmalar bölməsinin apardığı elmi təhqiqatlar göstərib ki, gündəlik qida rasionuna badam əlavə edən insanlarda təzyiq aşağı enib.

11- Sümük sağlamlığına töhfə verir

Badam kollagen sintezini sürətləndirən qidalardan biridir. Kollagen bədəndəki zülalların təxminən 70%-ni təşkil edir. Çatışmazlıq sümük və qığırdaq hüceyrələrinin zədələnməsi ilə nəticələnə bilər. Xüsusilə 20 yaşına çatanlar gündəlik  badam istehlak edərək  daha sağlam sümüklərə sahib ola bilərlər.

12-Aterosklerozun qarşısını alır

Badam tərkibindəki E vitamini ilə aterosklerozun qarşısını alır.

13-Xərçəngə qarşı

Badam çəkiyə nəzarət edər. Tərkibindəki antioksidant və lif  isə xərçəngin qarşısını alır.

Gündə 25 ədəd xam badam  istehlak  edərək siz də bir çox xəstəlikdən  qoruna bilərsiniz.



Әlaqәli Xәbәrlәr