İnsulin müqavimətinin təbii müalicə üsulları

İnsulin müqavimətinin təbii müalicəsi haqqında...

1877942
İnsulin müqavimətinin təbii müalicə üsulları

Sağlıq Olsun_2_2022

İnsulin müqavimətinin təbii müalicəsi haqqında danışacağıq.

Bunun üçün nələr edə bilərik:

Alma sirkəsi

Alma sirkəsi yeməkdən sonra insulinin və qan şəkərinin artmasının qarşısını alır. Alma sirkəsi karbohidratlı qidalar qəbul etdikdən sonra yüksək insulin səviyyəsinin qarşısını almağa kömək edə bilər. Sirkə insulinin təsirini artıraraq və mədədən qidanın sərbəst buraxılmasını gecikdirərək insulinə həssaslığı yaxşılaşdırmağa kömək edə bilər.

 Ağ kələm

Təxminən 7 ağ kələm yarpağı qaynadın və soyumağa buraxın.Soyuyan kələmi süzün və suyunu ayırın. Yeməkdən əvvəl və ya sonra 1 stəkan ilıq kələm yarpağı suyu istehlak edin. İsti şəkildə istehlak edildikdə öz təsirini göstərəcək. Bu müalicəni 15 gün tətbiq etməlisiniz. 3 gün fasilədən sonra 5 gün fasiləsiz içmək lazımdır.

Yasəmən çiçəyi gülü

Gün ərzində bir stəkan yasəmən çayı içməklə, aclıq şəkər nisbətini normallaşdıra bilərsiniz. Səhər yeməyindən 30 dəqiqə sonra istifadə etmək daha təsirli olacaq. Yasəmən gülü çayı insulin müqavimətinin bitki müalicəsi üçün çox təsirlidir.

Limonotu (bədrənc)

Hər səhər yuxudan duranda səhər yeməyi üçün çayınız dəmlənənə qədər limonotu çayı içməlisiniz. Bu çayla ilə insulin müqavimətini zamanla aradan qaldıra bilərsiniz.

Bağayarpağı

Bağayarpağı ilə çay hazırlaya bilərsiniz. Bitki çayını yeməkdən 30 dəqiqə sonra içsəniz, insulin müqavimətinizi qırmaq mümkün olacaq.

Qaraçörəkotu

Diabetlə mübarizədə qaraçörəkotunun mədəaltı vəzinin bərpasını dəstəkləyərək diabetə qarşı profilaktik təsir göstərdiyi sübut edilmişdir.

Darçın

Darçın sağlamlığa kömək edən dadlı ədviyyatdır. Sağlam insanlar və insulin müqaviməti olan insanlar üzərində aparılan araşdırmalar göstərir ki, darçın istehlakı insulinə həssaslığı artıra və onun səviyyəsini azalda bilər. Darçın hüceyrələrə qlükoza ötürülməsini artıraraq insulin həssaslığını yaxşılaşdırmağa kömək edə bilər və hətta qandan şəkər qəbulunu artırmaq üçün insulini təqlid edə bilər.

Gündə bir çay qaşığı (2 qram) darçın insulin səviyyənizi azaldır.

İstifadəsi: Hər gün 1 çubuq darçın yarım litr suya əlavə olunaraq gün ərzində içilməlidir.

Yaşıl çay

Yaşıl çay inanılmaz dərəcədə sağlam bir içkidir və yüksək miqdarda antioksidant ehtiva edir. Müxtəlif tədqiqatlar göstərir ki, insulin müqaviməti ilə mübarizə aparmağa kömək edə bilər.

Yaşıl çay insulin müqaviməti və diabet xəstələri üçün əladır, çünki yaşıl çay sağlam insulin səviyyəsini saxlamağa kömək edir.

Zeytun yarpağı

Zeytun yarpağı insulin ifrazını artırır və insulinin geri alınmasını artırır.

İstifadəsi: 15 zeytun yarpağı 250 ml qaynar su ilə 15 dəqiqə qaynadılır, gün ərzində fasilələrlə içililir.

Zeytun yarpağı çayının hazırlanması:

• 1 çubuq darçın

• 1 çay qaşığı yaşıl çay

• 1 çay qaşığı zeytun yarpağı

Bunları bir şüşə qaba qoyun. Üzərinə 250 mililitr qaynar su əlavə edin. 10 dəqiqə dəmlənməsinə icazə verin. Gündə 3-4 stəkan içə bilərsiniz.

Gicitkən bitkisi

Qan şəkərinin udulmasını azaldır. Həmçinin mədəaltı vəzidən insulin ifrazını artırır.

İstifadəsi: Təzə gicitkəni zeytun yağı ilə yemək kimi bişirmək olar. Qurudulmuş formada çay kimi dəmləmək olar. 1 stəkan suya 1 çay qaşığı əlavə edib 10 dəqiqə dəmlədikdən sonra içə bilərsiniz.

Sumaq

Qandakı insulin nisbətini tarazlaşdırır. Bu xüsusiyyəti sayəsində insulin müqaviməti və diabet xəstələrinin istehlak etməli olduğu qidalar sırasındadır.

Güldəfnə tumu

Bu toxumlar liflə zəngindir, bu da insulinin daha təsirli olmasına kömək edir. İnsulin səviyyəsini azaltmaq və qan şəkərini tənzimləmək üçün istifadə olunur.

Mədə boşalmasını da gecikdirir

İstifadəsi: 4 qaşıq qatığa 1 xörək qaşığı əlavə edilərək istehlak edilməlidir.

Sarıkök

Kurkumin adlı aktiv tərkib hissəsi sayəsində sarıkökün güclü iltihab əleyhinə və antioksidant xüsusiyyətləri vardır. Qandakı sərbəst yağ turşularını və şəkəri azaltmaqla qlükoza səviyyəsini tənzimləməyə kömək edir.

Zəncəfil

Bu ədviyyat insulin müqaviməti olanlar üçün əladır, çünki onun aktiv maddələri əzələ hüceyrələrində şəkər reseptorlarını daha əlçatan edir.

Sarımsaq

Qan şəkərini əhəmiyyətli dərəcədə azaldır.

Dəyərli dinləyicilər, söhbətimizin bu günkü hissəsində insulin müqavimətinin təbii müalicəsi haqqında danışacağıq.



Әlaqәli Xәbәrlәr