Qəhrəman qadınlarımız - Mihir Müşviq

Asya İstanbul Rəsm və Heykəl Muzeyi gəzintisinə həvəssiz qatılmışdı.

2130154
Qəhrəman qadınlarımız - Mihir Müşviq

Asya İstanbul Rəsm və Heykəl Muzeyi gəzintisinə həvəssiz qatılmışdı. İlk fürsətdə qrupdan ayrıldı və sakit künc axtarmağa başladı. Onun cantasında hər zaman bloknot və qələm var idi. Muzeyin müxtəlif hissələrini gəzdikdən sonra bir skamya diqqətini çəkdi. Ona tərəf gedərkən qarşısındakı tablo diqqətini cəlb etdi. Tablodan çox təsirlənən Asya ona diqqətlə baxmağa başladı.

Tabloda qara çarşablı bir qadın rəsmi var idi. O, başını bağlasa da saçının telləri görünürdü.  Başı azacıq yana əyilmiş qadın ümid dolu baxışları ilə uzaqlara baxır, xüsusilə uzun boynu və ağ dərisi ilə diqqət çəkirdi. Ümumilikdə tabloda tünd rənglərə üstünlük verilsə də, qadının dəri tonu və qızıl saçları mənzərəni aydınlaşdırırdı. Tabloda rahat rəsm texnikasından istifadə olunmuşdu, fırça vuruşları da fərqli idi.

Tabloya baxdıqdan sonra Asya qulaqcığını taxdı, sevdiyi musiqini dinləməyə başladı və bloknotunun son səhifəsini açdı. Qələmi alıb bir şey yazmaq istəyən Asya yanında kiminsə oturub onunla danışmağa çalışdığını gördü.

“Bu qadın nə vaxt bura gəldi'' deyə düşündü.

“Salam qızım, əgər səni narahat etmişəmsə, məni bağışla. Baxdığımız bu tablonun ölkəmizdə çağdaş rəssamlıq araşdırmalarına start verən ilk türk qadın rəssamına aid olduğunu bilirdinmi? Adı Mihri Müşviqdir.

Qadın tabloya diqqətlə baxırdı. İstəyirsənsə rəssam haqqında sənə məlumat verə bilərəm.

Mihri 1886-cı ildə İstanbulda köklü bir ailənin övladı olaraq dünyaya gəlib. Atası Osmanlı İmperatorluğunun ən müvəffəqiyyətli həkimlərindən biri olan Çərkəz Əhməd Rasim Paşa idi. O, Avropada təhsil alıb. İncəsənətin bir çox sahələrinə maraq göstərsə də, rəssamlığa marağı daha böyük olub.

Bir gün Mihri öz tablosunu Sultan II Əbdülhəmidə hədiyyə edib. Sultan balaca Mihrinin istedadına çox heyran olub və onu saray rəssamı Zonarondan təhsil almasını təmin edib.

Beləliklə, bu gənc qız rəssam olmaq yolunda ilk addımını atıb. O zaman Osmanlı imperiyasında türk qadınının belə bir təhsil alması hələ mümkün deyildi.

1906-cı ildən başlayaraq təhsilini əvvəlcə Romada, sonra isə Parisdə davam etdirərək çəkdiyi portretlərdən pul qazanmağa başlayıb. Burada Müşviq Səlami bəylə tanış olub və ailə həyatı qurub.

1912-ci ildə İstanbula qayıdıb. O, ilk olaraq qız məktəbləri üçün müəllim hazırlamaq üçün açılan İstanbul Darülmuallimatında çalışıb. Daha sonra 1914-cü ildə qadınlar üçün ilk təsviri sənət məktəbi olan İnas Sanayi-i Nefîse məktəbinin açılmasında mühüm rol oynayıb. O, burada bir çox qadın rəssamın yetişməsinə öz töhfəsini verib. Onların arasında Nazlı Ecevit, Güzin Duran, Fahrünnisa Zeyd kimi rəssamlar var. O, tələbələrini açıq havada rəsm çəkməyə, təbiət, canlı modellər və qədim heykəllər çəkməyə təşviq edirdi.

O, məşhur şair Tofiq Fikrətlə dost idi. 1915-ci ildə Tofiq Fikrət vəfat etdikdən sonra üzünün qəlibini götürüb heykəlini düzəldib. O, Türkiyədə ilk maska ​​araşdırmasını həyata keçirən rəssamdır.

1922-ci ildə İzmir zəfərindən sonra Mustafa Kamal Atatürkün təxminən 3 metr hündürlüyündə marşal forması ilə ayaqda duran portretini çəkərək Çankaya Köşkünə apararaq ona təqdim edib. Bu, cümhuriyyət elan edildikdən sonra türk rəssamı tərəfindən çəkilmiş ilk Atatürk portreti kimi tarixə düşüb.

Elə həmin il Romaya köçüb. O, burada portret çəkməklə məşğul olub. 1927-ci ildə o, Nyu-Yorkda məskunlaşıb və müxtəlif universitetlərdə rəssamlıq üzrə qonaq professor kimi çalışıb, həmçinin qadın hüquqları birliklərinin fəaliyyətində iştirak edib.

1954-cü ildə Nyu-Yorkda vəfat edib.

Bu istedadlı qadının füsunkar həyat hekayəsi Asyanın diqqətini çəkib.. Yanında oturan qadın deyib: “Mihri Müşviq qadının həm ictimai həyatda, həm də sənətdə ola bilmədiyi bir dövrdə yaşadı və ömrünün sonuna qədər varlıq mübarizəsini davam etdirdi. Yaxşı ki, bu yolu seçdi və qadın rəssamlar yetişdirdi, maarifləndirdi, yeni nəsillərə yol açdı''.

Asya yanında oturan qadını tablodakı qadına bənzədiyini anladı.  "Bağışlayın, adınız nədir?''.

Yerə düşən qələmi almaq üçün əyildi. Yenidən ayağa qalxdıqda qadının yanında olmadığını fərq etdi. Yalnız o və tablo var idi.Dərhal tabloya tərəf getdi və tablodakı qadının kim olduğunu öyrənmək istədi.

Bunun avtoportret olduğunu oxuyanda təəcübləndi.

“Görəsən, Mihri Müşviq mənimlə danışmış ola bilərmi. Xeyir, xeyir. Qrupumu tapsam yaxşı olardı” dedi.

Zalı tərk etməzdən yenidən tablonun qarşısında dayanaraq “Hər şey üçün təşəkkür edirəm, Mihri xanım. Tanışdığımıza görə çox şad oldum'' dedi və uzaqlaşdı.

Hekayəmizi daha böyük bir məqsədə xidmət etmək üçün fədakarlıq edənlərə və çağdaş rəssamlıq araşdırmalarına başlayan ilk türk qadın rəssam Mihri Müşviqə həsr etmək istərdik.



Әlaqәli Xәbәrlәr