Moskvada terror

Türkiye Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun "Moskvada terror" başlıqlı məqaləsi...

2121608
Moskvada terror

Moskvada terror

Martın 22-də Rusiya böyük terror aktı ilə sarsıldı. Paytaxt Moskva vilayətindəki “Crocus City Hall” konsert zalına basqın edən terrorçular yüzdən çox insanı qətlə yetirib, konsert zalına od vurub yandırdılar. Hücumu həyata keçirən ünsürlərin DEAŞ üzvləri olması xəbərinin ardından hücum edənlər Rusiya-Ukrayna sərhədinə yaxın bölgədə ölkədən qaçmağa çalışarkən yaxalandılar. Hücuma görə məsuliyyəti DEAŞ öz üzərinə götürsə də, Rusiya hakimiyyəti Ukraynanı və onu dəstəkləyən qərb ölkələrini günahlandırır.

Ötən cümə günü Rusiya böyük bir terror aktı ilə üzləşdi. Rusiya üçün bu, tarixin ən böyük terror hücumlarından biri sayıla bilər. Paytaxt Moskvada “Crocus City Hall” konsert zalına silahlı ünsürlər tərəfindən basqın edilməsi nəticəsində yüzdən çox insan həlak oldu, çoxlu sayda insan yaralandı, konsert zalı da yandırıldı. Hücum edənlərin şəxsiyyətləri ilə bağlı sual işarələri olsa da, hücum edənlərdən 4-ü Rusiya-Ukrayna sərhədində yaxalandı. Bu arada DEAŞ-ın Xorasan qruplaşması yaydığı bəyanatla aksiyaya görə məsuliyyəti öz üzərinə götürərkən, bədənləri üzərindəki kamera ilə yaydıqları görüntüləri isə qətliamı bir daha ortaya qoydu. Rusiya rəsmiləri isə DEAŞ məsələsini fərqli şərh etdilər. Onlar ifadə etdilər ki, hücum təşkilatlanma olaraq DEAŞ tərəfindən həyata keçirilsə də, bunun arxasında Ukrayna və onu dəstəkləyən qərb ölkələri dayanır. Putin və Medvedev kimi aktyorlar da oxşar bəyanatlar yaydılar. Həqiqətən də, son aylarda DEAŞ-ın Əfqanıstanda hazırda yerləşən Xorasan qruplaşmasının fəallıq içində olduğunu, ardıcıl olaraq Türkiye, İran, Pakistan və indi də Rusiyada terror aktları törətdiyi görünür. Onu da unutmamaq lazımdır ki, hücum edənlər taciklər olub və Tacikistan Çinlə sərhəddə yerləşir. Sanki ABŞ Əfqanıstandan çıxdıqdan sonra bu bölgə DEAŞ üçün hazırlanıb. Təşkilat İraq və Suriyadakı bəzi ünsürlərini də Əfqanıstana köçürməyə nail olub. ABŞ-ın PKK ilə birlikdə Rakkanı mühasirəyə aldığı dövrdə mühüm DEAŞ başçılarının və ünsürlərinin razılaşma ilə buradan çıxdıqları və Əfqanıstana köçdüyü ortaya çıxmışdı. İndi bu təşkilatın ABŞ-la problemi olan ölkələrə qarşı hərəkətə keçməsi əhəmiyyətli görünür. Ona görə də ola bilər ki, Putin düzgün yerə cavab verir.

Nəticədə Moskva hücumu Rusiyada ciddi hiddət doğurdu və Rusiyanın ittiham etdiyi Ukraynaya qarşı qəzəb daha da artdı. İndi ruslar hava və yer şəraitinin yaranmasını gözləyirlər və yəqin ki, Ukraynaya böyük hücuma keçəcəklər və Rusiya ictimaiyyəti əvvəlkindən daha böyük müharibəyə hazır görünür. Yaxın aylar Ukraynada böyük münaqişələrin şahidi olacaq. Qərb ölkələri Ukraynaya daha mənalı dəstək vermədikcə, müharibənin gedişatı böyük ehtimalla Rusiyanın xeyrinə dəyişəcək.



Әlaqәli Xәbәrlәr