Türkiye enerji baxımından zәngin ölkәlәrin diqqәt mәrkәzindәdir

Türkiye Yaxın Şərq və Avrasiyanın enerji ehtiyatlarının Avropaya nəqli baxımından mühüm coğrafi mövqedə yerləşir.

2119027
Türkiye enerji baxımından zәngin ölkәlәrin diqqәt mәrkәzindәdir

Türkiye enerji baxımından zәngin ölkәlәrin diqqәt mәrkәzindәdir

Türkiye Yaxın Şərq və Avrasiyanın enerji ehtiyatlarının Avropaya nəqli baxımından mühüm coğrafi mövqedə yerləşir.

Bu səbəbdən Türkiyenin enerji mərkəzinə çevrilməsi layihəsinə start verildi. Bu çərçivədə Trakyada enerji stansiyası tikilir. İstanbulun Ataşehir səmtində yerləşən Maliyyə Mərkəzində enerji mübadiləsinin yaradılması da nəzərdə tutulur. Layihə ilə Türkiye artıq təbii qaz və neft üçün tranzit ölkə olmayacaq. O, birbaşa enerji ticarətini həyata keçirən ölkəyə çevriləcək.

Türkiyenin ətrafındakı bütün ölkələr sözügedən layihədə iştirak etmək istəyir. Çünki enerji resurslarına sahib olan ölkələr üçün resurslara malik olmaqla yanaşı, alıcıların sayının artırılması da eyni dərəcədə vacibdir.

İraq təxminən 150 milyard barel neft ehtiyatı ilə dünyanın 9-cu ən böyük neft ehtiyatına malik ölkəsidir. Təbii qaz ehtiyatları dünya ehtiyatlarının 1,9%-nə bərabərdir. İraq və Türkiyenin birgə həyata keçirdiyi ''İnkişaf yolu'' və ''Fav limanı'' layihələri beynəlxalq konyukturaya böyük təsir göstərəcək. 2028-ci ildə tamamlanması planlaşdırılan layihə ilə Süveyş Kanalı və Ümid burnu xətlərinə yenisi əlavə olunacaq. İraqın karbohidrogen ehtiyatları ilə yanaşı, Körfəz regionunun enerji ehtiyatları Türkiye üzərindən Avropaya və Şərqi Aralıq dənizinə nəql edilə bilər. ''İnkişaf yolu'' layihəsinin tamamlanmasından sonra İraq və Türkiye arasında yeni təbii qaz və neft kəmərlərinin çəkilməsi də gündəmdə ola bilər.

Azərbaycan bugünkü texnologiya ilə təsdiqlənmiş 1,5 milyard ton neft və 2,2 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir. Mövcud təbii qaz kəməri vasitəsilə Türkiyeyə bir ildə 12 milyard kubmetr təbii qaz nəql edilir. Bu qazın 6 milyard kubmetri TAP xətti ilə Avropa ölkələrinə nəql olunur. Sözügedən boru kəmərinin ötürmə qabiliyyətinin növbəti illərdə iki dəfə artırılması planlaşdırılır. Daha sonra yeni xətlərin çəkilməsi də gündəmə gələ bilər.

Təxminən 38,9 trilyon kubmetr təbii qaz ehtiyatına malik  olan Rusiya təbii qaz baxımından dünyanın ən zəngin ölkəsidir. Rusiya həmçinin 107 milyard 804 milyon barrel neft ehtiyatı ilə dünyada altıncı yerdədir. Rusiya Türkiyenin enerji qovşağının əsas təchizatçısı olmaq istəyir. Müharibə zamanı “Şimal axını” xəttinin funksionallığını itirməsi Rusiyanın tamamilə Türkiyeyə üz tutmasına səbəb oldu. Bu yolla Ukraynadan tamamilə yan keçəcək Rusiya Türkiye üzərindən Avropaya təbii qaz satışını artırmaq istəyir. Rusiya həmçinin TÜRKAKIM 2 layihəsini də həyata keçirməyi planlaşdırır.

Türkmənistanın 15 trilyon kubmetr təbii qaz ehtiyatına malik olduğu bildirilir. Türkmənistanın ən böyük təbii qaz ehtiyatlarına malik 4-cü ölkəsi olduğu təxmin edilir. Ölkə ildə 100 milyard kubmetrə yaxın təbii qaz hasil edir. Türkmənistan təbii qazının demək olar ki, hamısını Çinə satır. Bu səbəbdən də ölkə öz resurslarını diversifikasiya etməyi qarşısına məqsəd qoyub. Bu yaxınlarda Türkiye ilə Türkmənistan arasında təbii qaz sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.İki ölkə arasındakı layihə ilə Türkmənistan təbii qazının tankerlərlə Bakıya nəqli və tutumu genişləndiriləcək TANAP xətti ilə ilk növbədə Türkiyeyə, daha sonra Avropa ölkələrinə çatdırılması nəzərdə tutulur.

Qətərin ümumi neft ehtiyatlarının 25,2 milyard barel olduğu təxmin edilir. Gündəlik 75,9 milyon ton neft hasil edən ölkənin 24,7 trilyon kubmetr təbii qaz ehtiyatı da var. Avropaya böyük həcmdə təbii qaz nəql edən yeganə Körfəz ölkəsi olan Qətər 2020-ci ildən sonra Avropa ölkələrinə təbii qaz nəqlini 65 faizdən çox artırıb. İraqın ''Fav limanı''  layihəsi də Qətər tərəfindən maraqla gözlənilir. Ölkə ''Fav limanı'' layihəsi sayəsində təbii qazını  Türkiye üzərindən Avropa ölkələrinə nəql etməyi hədəfləyir.

Səudiyyə Ərəbistanı ən çox neft ehtiyatına malik ölkələr arasında ikinci yerdədir. Səudiyyə Ərəbistanı 266 milyard barel neft ehtiyatına malikdir. Ölkə gündəlik təxminən 10 milyon barel xam neft hasil edir və bunun 7 milyonunu ixrac edir. Səudiyyə Ərəbistanının da təxminən 9 trilyon kubmetr təbii qaz ehtiyatı var. Səudiyyə Ərəbistanı İraqdakı ''Fav limanı'' və ''İnkişaf yolu'' layihələri ilə də yaxından maraqlanır.

Cənubi Kipr Yunan Administrasiyasının birtərəfli addımları səbəbindən hazırda böyük mübahisələrin yaşandığı Şərqi Aralıq dənizində 1,7 milyard barel neft və 3,5 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu təxmin edilir.



Әlaqәli Xәbәrlәr