Ana dilini yaxşı bilmək lazımdır, çünki … (mətin və audio)

Gündəlik ünsiyyətdən tutmuş mürəkkəb problemlərin həllinə qədər bir çox sahədə mühüm əhəmiyyət kəsb edən bir mövzudan bəhs edəcəyik. Necə deyərlər, dildən düzgün və effektiv istifadə etmək lazımdır, çünki …

2115973
Ana dilini yaxşı bilmək lazımdır, çünki … (mətin və audio)

Ana dilində düzgün danışmaq

 

  Dil və düşüncə arasındakı mürəkkəb qarşılıqlı əlaqə mədəni, idraki və fərdi amillərlə formalaşır. Yalnız hiss və fikirləri çatdırmaq üçün yaranan dil tədricən düşüncəni formalaşdırıb.

  Dildən düzgün istifadə etmək bizim effektiv ünsiyyət qurma qabiliyyətimizi artırır. Məktəbdə, ailədə və iş həyatımızda baş verən ünsiyyət qəzaları çox vaxt dildən düzgün istifadə edilməməsi səbəbindən baş verir. Bu vəziyyət bir çox uğursuzluğa və bədbəxtliyə gətirib-çıxarır. Dilin incəlikləri və söz ehtiyatı həm özümüzü ifadə etmək, həm də qarşı tərəfi düzgün başa düşmək üçündür.  

  Ana dilini yaxşı bilmək öz mədəniyyətini anlamaq və ifadə etmək qabiliyyətini artırır. Eyni zamanda, ana dilini yaxşı bilmək xarici dil öyrənmək prosesini asanlaşdırır. Qrammatika qaydaları və lüğəti bilmək yeni bir dil öyrənərkən üstünlükdür. Fərdlər dünyanı müxtəlif dillər vasitəsilə, yəni daha geniş perspektivdən tanımaq imkanı əldə edir.

  Dil qabiliyyəti düşüncə və yaratıcılığa da müsbət təsir göstərir. Tədqiqatların nəticələri göstərir ki, dilin mürəkkəb quruluşunu özünə məxsuslaşdıran və ondan düzgün istifadə edən adamlar peşəsindən asılı olmayaraq həm gündəlik həyatda, həm də işində daha uğurlu olur. Bundan əlavə, gözəl danışmaq bacarığı psixoloji sağlamlığa da yaxşı təsir göstərir. Dili mənimsəyən və effektiv istifadə edən insanlar Alzheimer kimi xəstəliklərdən qorunmaqda üstünlüyə malik olur. Məktəbdə alınan təhsillə yanaşı, vaxtaşırı kitab, qəzet, jurnal oxumaq, teatra getmək, lüğət vərəqləmək lazımdır ki, dilimizi zənginləşdirək, fikirlərimizi aydın ifadə edək, qarşıdakını anlayaq, ifadələri yumşaldaq, həyatımızı gözəlləşdirək.  



Әlaqәli Xәbәrlәr