Enerjidə yeni marşrutlar

''Gündem enerji'' proqramının bu günkü hissəsində enerjidə yeni marşrutlar məsələsini  ətraflı şəkildə müzakirə edəcəyik.

2112797
Enerjidə yeni marşrutlar

Enerjidə yeni marşrutlar

''Gündem enerji'' proqramının bu günkü hissəsində enerjidə yeni marşrutlar məsələsini  ətraflı şəkildə müzakirə edəcəyik.

Türkiye neft və təbii qaz ehtiyatları ilə zəngin olan Yaxın Şərq və Xəzər regionu ölkələri ilə bu enerji ehtiyatlarının intensiv şəkildə istehlak edildiyi Avropa ölkələri arasında çox mühüm mövqeyə malikdir. Avropa ilə Asiya arasında körpü rolu oynayan Türkiye təbii qaz xətləri ilə də mühüm mövqeyə malikdir. Türkiyedən 7 beynəlxalq təbii qaz kəməri və 2 beynəlxalq neft kəməri keçir. Qarşıdakı dövrdə bu rəqəmin və xətlərin tutumunun artacağı gözlənilir.

Ukrayna-Rusiya müharibəsindən sonra Avropaya təbii qaz axınının əhəmiyyətli dərəcədə azalması Türkiyenin əhəmiyyətini daha da artırdı.

Bu layihələrdən ən önəmlisi Azərbaycanla həyata keçirilən TANAP və Rusiyadan Anadoluya uzanan “Mavi Axın” və “Türk axını” xətləridir.

Bu xətlərlə bağlı detallar belədir:

QӘRB XӘTTİ (Rusiya-Türkiye boru kәmәri)

Qərb xəttinin ümumi uzunluğu 845 kilometrdir. Bu xətt Bolqarıstan sərhədindəki Malkoçlardan Türkiye ərazisinə daxil olur və Ankarayadək uzanır.  Xətt 1993-cü ildə maksimum 6 milyard kubmetr tutuma çatdı.

MAVİ AXINI (Rusiya - Samsun - Ankara təbii qaz xətti)

2003-cü ildə istifadəyə verilən ''Mavi axın'' layihəsinin Türkiyedən keçən  hissəsi Samsundan başlayıb Amasya, Çorum və Kırıkkale vasitəsilə Ankaraya çatır.

''Mavi axın'' təbii qaz boru kəməri ilə Türkiyeyə ildə 16 milyard kubmetr təbii qaz tədarük edilir.

TÜRK AXINI BORU KƏMƏRİ

''Türk axını'' xətti 8 yanvar 2020-ci ildə istifadəyə verilib.  “Türk axını”nın hər biri 15,75 milyard kubmetr olmaqla ümumi qaz ötürmə qabiliyyəti 31,50 milyard kubmetr olan iki boru kəməri var. 15,75 milyard kubmetrlik bir xətt Türkiyeni, 15,75 milyard kubmetrlik digər xətt isə Avropanı təbii qazla təmin edir.

TANAP AZƏRBAYCAN - Türkiye (ŞAH DENİZ I) TƏBİİ QAZ BORU KƏMƏTİ

Azərbaycanın “Şahdəniz I” yatağından hasil olunacaq təbii qazın Gürcüstan ərazisindən keçərək Türkiyeyə nəqli üçün inşa edilən Azərbaycan-Türkiye (Şahdəniz I) təbii qaz boru kəməri 2007-ci ildə istifadəyə verilib.

TANAP-ın Gürcüstan-Türkiye sərhədindən Əskişəhərdəki çıxış məntəqəsinə qədər olan hissəsi 2018-ci il iyunun 30-da istifadəyə verildiyi halda, Əskişəhərdən Türkiye-Yunanıstan sərhədinə qədər olan hissəsi 2019-cu ilin oktyabr ayının sonunda istismara verilib. Avropadakı qurğuların istifadəyə verilməsi ilə 31 dekabr 2020-ci il tarixindən etibarən TAP boru kəməri ilə Avropaya kommersiya qazının nəqli başladı.

Hər il xətdən Türkiyeyə təxminən 6 milyard kubmetr, Avropaya isə 12 milyard kubmetr təbii qaz nəql edilir.

Xəttin ötürmə qabiliyyətinin mərhələli şəkildə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

 

İRAN TÜRKİYE TƏBİİ QAZ BORU KƏMƏRİ (Şərqi Anadolu Təbii Qaz Magistral Ötürmə Xətti)

İran-Türkiye boru kəməri şərqdəki mənbələrdən, xüsusən də İrandan təbii qazın nəqli üçün nəzərdə tutulub. 2001-ci ilin sonunda istifadəyə verilən təxminən 1491 km uzunluğunda olan Şərqi Anadolu Təbii Qaz Magistral Ötürmə Xəttinin illik ötürmə qabiliyyəti 10 milyard kubmetrdir.

Türkiye gələcək dövrdə boru kəmərlərinin tutumunu artırmağı və təbii qaz və neft bazarlarında söz sahibi olmağı hədəfləyir.

Buna görə də Trakyada təbii qaz mərkəzinin yaradılması planlaşdırılır. Rusiya ilə birgə həyata keçiriləcək bu layihə ilə yanaşı, BOTAŞ tərəfindən Türkiyeyə xətlər vasitəsilə gətirilən təbii qazın satışını nəzərdə tutan hüquqi tənzimləmə də tamamlanıb.Bu səbəbdən Rəsmi Ankara Türk Dövlətlərinə, xüsusən də Orta Asiyaya, eləcə də cənubdakı qonşularına üz tutdu.

Türkmənistan təbii qazının TANAP və TAP xətləri ilə Türkiye üzərindən Avropaya satışına dair ilk sənəd Türkiye ilə Türkmənistan arasında imzalanıb. Orta Asiyadakı Türk Dövlətləri ilə yeni enerji sazişlər imzalana bilər. Türk Şurası ölkələrinin karbohidrogen potensialı çox ciddi səviyyədədir...

TÜRKMƏNİSTAN

Türkmənistan yeraltı sərvətlər baxımından çox zəngin ölkədir. Türkmənistanın 15 trilyon kubmetrlə ən böyük təbii qaz ehtiyatına malik 4-cü ölkə olduğu təxmin edilir. Ölkə ildə 100 milyard kubmetrə yaxın təbii qaz hasil edir.Təbii qazını ixrac etmək üçün böyük qaz kəmərləri şəbəkəsinə malik olan Türkmənistan 2009-cu ildə istismara verilən Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin boru kəməri vasitəsilə hər il təxminən 40 milyard kubmetr təbii qaz satır və hazırda  Çinin ən böyük təbii qaz tədarükçüsüdür.

ÖZBEKİSTAN

Özbəkistan ərazisinin 60 faizini əhatə edən neft və təbii qaz yataqları ölkə iqtisadiyyatında böyük paya malikdir. 92 quyuda qazma işlərinin aparıldığı Özbəkistanda ümumi neft ehtiyatı 5 milyard 300 min ton, təbii qaz ehtiyatı isə 5 trilyon 95 milyard kubmetr civarındadır.

QAZAXISTAN

Qazaxıstanın  ümumi neft ehtiyatları 5 milyard tondan artıqdır. Bu ehtiyatların 75 faizi Kaşaqan, Qaraçaqanak və Tengiz neft yataqlarında yer alır. Qazaxıstanın təbii qaz ehtiyatlarının 3 trilyon kubmetr səviyyəsində olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr