Türkiye neft hasilatında hədəfi böyüdüb

''Gündəm enerji'' proqramının bu günkü hissəsində bu mövzunu qiymətləndirəcəyik.

2106366
Türkiye neft hasilatında hədəfi böyüdüb

Türkiye neft hasilatında hədəfi böyüdüb

''Gündəm enerji'' proqramının bu günkü hissəsində bu mövzunu qiymətləndirəcəyik.

Türkiye son illər enerji sahəsində nüvədən bərpa olunan mənbələrə, təbii qazdan neftə qədər nəhəng layihələr həyata keçirir.

Türkiyedə ilk kəşf 1940-cı ildə Batmandakı "Raman-1" quyusunda edilib.

Son zamanlar başda Cənub-Şərqi Anadolu bölgəsində, xüsusən də Qabarda bir çox yeni kəşflər edilib.

Hazırda Türkiyedə 6 minə yaxın neft quyusu var. Bu quyuların təxminən 2500-ü neft hasil edir. Mövcud məlumatlara görə, Türkiyenin 1,3 milyard ton neft ehtiyatı var.

Türkiye Mədən və Neft İşləri Baş İdarəsinin məlumatlarına görə, gündəlik neft hasilatı 1999-cu ildə təqribən 59 min barel ikən 2020-ci ildə 64 min barrelə, 2021-ci ildə 69 min barelə, 2022-ci ilin sonunda isə 80 min barelə çatıb.

Rəsmi Ankara Qabar dağındakı ehtiyatlardan çox ümidlidir. 200 milyon barrel neft ehtiyatı olduğu təxmin edilən neftin dəyərinin 13 milyard dollara yaxın olduğu təxmin edilir.

Sözügedən kəşflə Türkiyenin hasil edilə bilən neft ehtiyatları 450 milyon bareldən 600 milyon barrelə yüksəldi.

TPAO bildirir ki, "Şəhit Aybüke Yalçın" neft yatağındakı yeni kəşf ümumi olaraq neft ehtiyatları baxımından təqribən 1 milyard barrel, hasil edilə bilən ehtiyatlar isə təxminən 600 milyon barreldir.

Türkiye neft hasilatı hədəflərini yeni yataqlarla yeniləyib. Buna görə gündəlik 100 min barrel hədəfi 200 min barrelə yüksəldi.

Axtarış tədbirləri fasiləsiz və ətraflı şəkildə davam edir. Qısa müddətdə 14 vilayətdə daha 18 yataqda neft kəşfiyyatı fəaliyyətlərinə başlanacaq.

Bu vilayətlərə Qaziantep, Antalya, Çanaqqala, Şanlıurfa, Zonguldak, Diyarbəkir, Hakkari, Bartın, Karabük, Kastamonu, Elazığ, Ədirnə, Kahramanmaraş və Kilis daxildir.

Türkiyenin neft kəşflərinin xarici enerji asılılığını və enerji idxalı hesabını azaldacağı da vurğulanır. Bu vəziyyət xüsusilə enerji sahəsində müstəqil ölkə olmaq hədəfi baxımından böyük əhəmiyyət kəsb edir.

Türkiye neft axtarışlarını təkcə quruda deyil, dənizdə də davam etdirir.

Bu istiqamətdə son illərdə 4 qazma və 2 seysmik tədqiqat gəmisi fəaliyyətə başlayıb. Qazma gəmilərindən "Fatih", "Yavuz" və "Kanuni" gəmiləri Qara dənizdə, "Abdülhamid Han" isə ümumilikdə Aralıq dənizi bölgəsində seysmik tədqiqatlar istiqamətində qazma işləri aparır.

Cari il Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin quru və dəniz lisenziyalı sahələri də daxil olmaqla, karbohidrogen kəşfiyyatı və qazma işləri artırılacaq. Quruda və dənizdə ümumilikdə 250 quyunun qazılması planlaşdırılır.

Hazırda Türkiyenin ən böyük xərc sahəsi “enerji...”dir.

Ötən il 2 milyon 965 min 664 ton xam neft idxal edilib. Bu, büdcə balansına və cari hesab kəsirinə birbaşa təsir göstərir.

Neft hasilatının artması ilə Türkiyenin ilkin mərhələdə neftə olan ehtiyacının 20 faizini milli ehtiyatlar hesabına ödəməsi gözlənilir. Bunun cari hesab kəsirini əhəmiyyətli dərəcədə azaldacağı nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr