Qәhraman qadınlarımız: Drahşan Arda

''Qәhraman qadınlarımız'' proqramının bu günkü hissəsində Drahşan Arda haqqında danışacağıq.

2101798
Qәhraman qadınlarımız: Drahşan Arda

Qәhraman qadınlarımız: Drahşan Arda

Həmin gün nə tribunadakı tamaşaçılar, nə meydandakı futbolçular, nə də oradakı hər kəs, hətta mən də tarixi hadisənin şahidi olacağımızı proqnozlaşdıra bilməzdik. Matçı idarə edən hakim Drahşan Arda hər zaman olduğu kimi meydana çıxdı, boynundan asılmış fiti səsləndirdi və matç başladı.

İllər sonra FİFA 13 dekabr 2018-ci ildə Drahşan Ardanı dünyanın ilk qadın futbol hakimi kimi qeydə aldı.

İndi sizə Türkiyeni qürurlandıran bu möhtəşəm qadın haqqında bir az danışmaq istəyirəm.

Drahşan Arda 1945-ci ildə Ədirnədə anadan olub. İbtidai, orta və lisey təhsilini Ədirnədə başa vurmuş, müəllim məktəbini bitirmişdir. Gənc yaşlarında voleybola, sonra isə basketbola maraq göstərib. Futbola olan marağının artmasına hakim-məşqçi Tarık Yamaç səbəb olub.

Tarık Yamaç Drahşan Ardanı futbol hakimləri kursuna getməyə razı salıb və əslində o, 1967-ci ilin sonunda hakimlik kursunu müvəffəqiyyətlə bitirdi.

O, artıq yaşıl meydançaya çıxmağa hazır idi. Mən isə onunla 90 dəqiqə keçirdim və beləliklə onunla tanış olduq.

Dünən yaşanmış kimi yadımdadır. Səfərdə  ''Karabük Dəmirçelik - ''Jandarmagücü'' ilə üzləşmişdi və Drahşan Arda yan xətt hakimi vəzifəsini icra edirdi.

O, matçın ilk hissəsində həyəcandan qaçmaqdan başqa bir şey edə bilmədi. Daha sonra matçın hakimi onu ruhlandırdı. İkinci hissədə gənc hakim özünə gəldi və biz birlikdə daha yaxşı iş gördük.

Bir müddət sonra Drahşan hakimliyə yüksəldi. O, əvvəlcə yoldaşlıq matçlarını daha sonra isə rəsmi matçları idarə etməyə başladı. Təbii ki, o vaxt nə Türkiyədə, nə də dünyada futbolda qadın hakimə rast gəlmək mümkün deyildi. Amma mən çox rahat idim və onunla çox sayda xoş xatirələrim oldu.

Məsələn, bir dəfə matçdan əvvəl komanda kapitanları ona çiçək verdi və əlini öpdülər. İndi isə daha maraqlı bir xatirəni sizinlə bölüşmək istəyirəm.

Futbol hakiminin ən yaxını olaraq deyə bilərəm ki, bu gənc xanımın idarə etdiyi matçlarda kişi hakimlərə sərt reaksiya verən futbolçular 90 dəqiqə ərzində heç bir mənfi addım atmayıblar. Çünki qarşılarında həm bir qadın, həm də hamının hörmətini qazanmış hakim var idi.

Ən çox qürur duyduğum matç isə 1968-ci ilin 26 iyununda Qalatasarayın unudulmaz futbolçusu Ahmet Bermanın oynadığı yubiley matçı idi. Həmin gün matç dövrün ulduz futbolçuları olan  Selim Soydan, Ercan Aktuna, Yılmaz Şen, Can Bartu, Metin Oktay və Lefter Küçükandonyadis arasında keçirildi.

Bu matç Drahşan Ardanın etdiyi müraciətlər sayəsində 13 dekabr 2018-ci ildə FIFA tərəfindən dünyanın ilk qadın hakiminin idarə etdiyi mübarizə olaraq tarixə düşdü. Təbii ki, mən  bu yolda onunla yeridiyim üçün şərəf duydum.

1972-ci ildən etibarən Drahşanla Almaniyanın Münhen şəhərində yaşamağa başladıq və daha 30 il hakimlik fəaliyyətini davam etdirdik. Amma artıq yorğun idim. İkimiz üçün də vidalaşmağın vaxtı gəlmişdi. Və nə öyrəndim!.Drahşan məni və digər hakimlik ləvazimatlarını qutuya qoya bilərdi amma bunu etmədi. Əvəzində bizi kasıb uşaqlar üçün hərraca çıxardı. Bu yolla həm uşaqlara faydamız oldu, həm də dəyərimizi bilən, bizi istəyən etibarlı əllərə keçdik. Bu öncül qadın məni yenidən təəccübləndirməyi və sevindirməyi bacardı. Eşitdiyimə görə, yollarımızı ayırandan  sonra da futbol sevgisindən əl çəkmədi və 7 il Bavariya Futbol Federasiyasının İntizam Komitəsində xidmət göstərdi.

Drahşan Ardanın fiti olaraq ona müşayiət edə bildiyim üçün ona münnətdaram.

Hekayəmizi dünyanın ilk qadın futbol hakimi Drahşan Ardaya həsr etmək istəyirik.



Әlaqәli Xәbәrlәr