Ulduzlar parıldayır, çünki … (mətin və audio)

Təməl biliklər məktəbdə verilsə də, praktiki qarşılığı olmayanlar zamanla yaddan çıxıb arxa plana keçir. Bu mövzulardan biri ulduzlardır

2092780
Ulduzlar parıldayır, çünki … (mətin və audio)

Ulduzlar ona görə parıldayır ki ...

 

  Təməl biliklər məktəbdə verilsə də, praktiki qarşılığı olmayanlar zamanla yaddan çıxıb arxa plana keçir. Bu mövzulardan biri ulduzlardır.

  Ulduzlar niyə parlayır? Çünki …

  Bildiyiniz kimi, Yer kürəsi öz parlaqlığına görə Süd Yolu qalaktikasının mərkəzində yerləşən ulduz - Günəşə borcludur. Gecələr planetimizi Günəşdən aldığı işığı əks etdirən Ay işıqlandırır. Şəhər işığı olmadığı zaman isə səmada parlayan ulduzları görürük. Bəs bütün bu ulduzları və Günəşi belə parlaq edən nədir?

  Ulduzlar parlayır, çünki bu səma cisimləri mövcud olduqları müddət boyu enerji buraxır. Bu enerji istilik və işıq halında kainata yayılır. Nüvə birləşmə reaksiyaları ulduzların daxilində - nüvəsində yüksək temperatur və təzyiq altında baş verir. Bu reaksiyalarda yüngül elementlər ağır elementlərə çevrilir ki, çox parlaq işığın yaranmasına səbəb olur, beləliklə, Günəşdən 7 min dəfə zəif olsa da, Yerə növbəti ən yaxın ulduz olan Alfa Kentavrın (Alpha Centauri) yaydığı işıq planetimizdən görünə bilir.

  Digər ulduzlar Yerdən baxanda Günəşin işığında olmayan gecələrdə səmada görünür. Bunun əsas səbəbi Eynşteynin tapdığı kütlə və enerji tənliyilə bağlıdır. Göy cismini tarazlıqda saxlamaq üçün daim enerji istehsal edən ulduzların nüvəsində baş verən elementlər arasındakı qarşılıqlı təsirdən böyük istilik və işıq enerjisi yaranır. Ulduzun içindəki enerji işıq şəklində xarici təbəqələrə doğru yayılır.

  Ulduzlar nüvə birləşmə reaksiyalarının davamlılığı sayəsində milyonlarla il enerji istehsal edə bilirlər. Biz – Yer kürəsi sakinləri Günəşdən, ən yaxın ulduzdan belə gələn işıq şüalarını təxminən 8 dəqiqə sonra görürük. Gecə səmasında parıldadığını gördüyümüz daha uzaq ulduzlar isə bir-bir sönür. İşıq şüaları kimi gördüklərimiz işığın qət etdiyi trilyonlarla kilometrin yalnız başlanğıc nöqtəsidir. Çünki işıq kainatda saatda təxminən bir milyard kilometr yol qət edir. Parlaq bir gecədə görə bildiyimiz ulduzlar milyonlarla, hətta milyardlarla il əvvəl öz işıqlarını kainata yayıblar.



Әlaqәli Xәbәrlәr